"Yanvar ayında Bakıda kirayə mənzil bazarında manatla ifadədə 2,4 faiz artım olub, fevral ayında isə əksinə, qiymətlərdə 10,4 faiz azalma müşahidə olunub".
Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, qış ayları olduğuna görə kirayə bazarında aktivlik çox aşağı səviyyədədir.
Ekspert əlavə edib ki, tədris ilinin sona çatması ilə əlaqədar may-iyul aylarında adətən kirayə mənzil bazarında qiymətlər təqribən 6-7 faiz aşağı düşür, amma avqustun 20-dən sonra, sentyabr ayında 13-15 faiz artır. N.İbrahimov vurğulayıb ki, ən çox tələb 2 otaqlı mənzillərədir.
Ekspertin sözlərinə görə, kvadratmetri nəzərə alınmaqla köhnə tikili mənzillərin kirayə qiyməti yeni tikili mənzillərin qiymətindən baha olur: "Köhnə mənzillərdə 1 kvadratmetr 11,1-11,2 manat, amma yeni mənzillərdə 8-9 manat arası olur. Çünki yeni mənzillərin sahəsi böyük olur. Tutaq ki, metro stansiyası ətrafında, təhsil ocaqlarının yaxınlığında olan köhnə binada 2 otaqlı mənzillərin kirayə qiyməti təqribən 400 manat, yeni tikilmiş binalarda isə 450-500 manatdır. Ancaq yeni tikili mənzillərin sahəsi köhnə tikililərin sahəsindən 2 və ya 2.5 dəfə böyükdür. Ona görə də kvadratı nəzərə alınmaqla köhnə tikililərin kirayə qiyməti baha başa gəlir".
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz şəhərində Xaçmaz, Ağdaş, Beyləqan, Füzuli, Quba, Sabirabad, Şəki, Tovuz və digər rayonlardan, eləcə də Bakı şəhərindən olan vətəndaşları qəbul edib.
İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.
Dekabrın 21-30-da Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə Bakıda "Kənddən Şəhərə" Yeni il yarmarkası keçiriləcək.