Kənd yerlərində yaşayan gənc ailələrə MÜJDƏ

Kənd yerlərində yaşayan gənc ailələrə MÜJDƏ
17 Dek 2016 09:42

2020-ci ilədək Azərbaycanın kənd yerlərində yeni ailə qurmuş gənclərin mənzillə təminatı yaxşılaşdırılacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, kənd yerlərinin yaşayış üçün cəlbediciliyini artırmaq üçün mənzil tikintisinin stimullaşdırılması, xüsusilə də kənd yerlərində gənc ailələrin və gənc mütəxəssislərin mənzilə əlçatanlığının artırılması üçün tədbirlər həyata keçiriləcək.

Yol xəritəsində bildirilir ki, dövlətin sosial ipoteka siyasətindən kənd yerlərində yaşayan gənc ailələrin daha çox faydalanması üçün tədbirlər görüləcək. Cəbhə xəttinə yaxın kəndlərdə yaşayan gənc ailələrin mənzil probleminin həllinə xüsusi yanaşma tətbiq olunacaq.


9 İyun 2023
Cəmiyyət

Metro işçilərinin maaşları 15 % artırılıb

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb.

9 İyun 2023
Cəmiyyət

“Bəyin oğurlanması”nın “İsabala”sının anım günüdür - VİDEO

Bu gün kino rejissoru, aktyor və Azərbaycanın Xalq artisti Ramiz Əzizbəylinin anım günüdür.

9 İyun 2023
Cəmiyyət

Bakı metrosunun stansiya və tunellərində ventilyatorlar yay rejiminə keçirilib

"Bakı Metropoliteni" QSC-nin stansiy və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.

9 İyun 2023
Cəmiyyət

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul edib

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

9 İyun 2023
Cəmiyyət

Pirşağıda qamışlıq sahə yanır

Pirşağı qəsəbəsində qamışlıq sahə yanır.