Kənd Təsərrüfatı Nazirliyi aqrobiznes dəyər zəncirlərinə qrant ayıracaq

Kənd Təsərrüfatı Nazirliyi aqrobiznes dəyər zəncirlərinə qrant ayıracaq
10 Dek 2016 15:56

Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində aqrobiznes dəyər zəncirlərinə qrant ayıracaq. Layihənin məqsədi ölkədə aqrobiznes dəyər zəncirlərinə müsbət nümunələrin yaradılmasını təmin etməkdir. “Tarladan süfrəyə” prinsipli dəyər zəncirlərinin yaradılması istehsalçı, emalçı və tədarükçüləri bir araya gətirməklə, mövcud zəncirin hər hansı halqasında yaranmış problemi aradan qaldırmağa xidmət edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, pilot dəyər zəncirlərinin formalaşdırılması məqsədilə bir sıra addımlar atılıb. Son 6 ayda ölkə üzrə məlumatlandırma kampaniyası aparılıb, dəyər zənciri yarada biləcək fermer və sahibkarlar bir araya gətirilib, onlarla birgə görüşlər keçirilib və tərəflərə dəyər zənciri formalaşdırmaq üçün layihə hazırlamaqda yardım göstərilib. Bu layihələr qiymətləndirildikdən sonra seçilmiş 20 dəyər zənciri layihəsinə qrant ayrılacaq. Qrantlar ayrı-ayrı fərdlər, sahibkarlar deyil, bütöv bir dəyər zənciri üzrə veriləcək. Bir qrantın maksimal məbləği bir dəyər zənciri üzrə 500 min ABŞ dollarıdır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 dekabr tarixli Fərmanı Kənd Təsərrüfatı Nazirliyinin bu layihədə nəzərdə tutulmuş qrantları verməsinə imkan yaradır. Dövlətimizin başçısının Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin adı “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”na salınıb.

“Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi Dünya Bankı ilə Azərbaycan Respublikası Hökuməti arasında bağlanmış 2014-cü il 12 iyun tarixli kredit sazişinə əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Layihə çərçivəsində ərzaq mallarının təhlükəsizliyi üzrə milli strategiya və bacarıqların artırılması, bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi, heyvan sağlamlığı və baytarlıq xidmətləri, aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi, toxum sektorunun inkişafı, aqrobiznesə maliyyə xidmətləri istiqamətində işlər görülür. Son bir ildə aqrobiznesə 11 milyon manatdan artıq kredit ayrılıb. Bu kreditlər innovativliyi və perspektivi ilə fərqlənən layihələr təqdim etmiş 51 sahibkara verilib.


12 Fev 2025
Cəmiyyət

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardımın növbəti hissəsi yola salınıb.

12 Fev 2025
Cəmiyyət

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

12 Fev 2025
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

12 Fev 2025
Cəmiyyət

Qızılın qiyməti yeni rekord vurdu

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində aprel fyuçersləri üzrə qızılın qiyməti tarixi maksimumunu yeniləyərək 1 troy unsiyası üçün 2 950 dollar həddini keçib.

12 Fev 2025
Cəmiyyət

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun fevralın 14-də Xaçmaz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.