Aprelin 1-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi (İB) Kəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalının 24-cü il dönümünə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, İB-in sədri, Qəmbər Şəmşiroğlu kəlbəcərlilərin artıq 24 ildir öz dədə-baba torpaqlarından didərgin düşdüklərini söyləyib.
Bildirilib ki, Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. O vaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.
Çıxış edənlər Azərbaycanda ərazisinə görə böyük rayonlardan olan Kəlbəcərin ölkənin bir nömrəli strateji nöqtəsi olduğunu söyləyiblər.
Tədbirdə işğal olunmuş torpaqların geri qaytarılacağı, qətlə yetirilmiş dinc əhalinin intiqamının alınacağı günün yaxında olduğu vurğulanıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.
Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.