Əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş məhkum silah və narkotiklə saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Qurbanəliyevdən "TT" markalı tapança, 2 ədəd patron darağı, 9 ədəd patron və 3,394 qram heroin götürülüb.