Kaxa Kaladze: Azərbaycanın reallaşdırdığı enerji layihələri Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir

Kaxa Kaladze: Azərbaycanın reallaşdırdığı enerji layihələri Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir
03 2017 10:35

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 2-də bu ölkənin Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze ilə görüşüb. K.Kaladze Dursun Həsənovu səfir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə, eləcə də energetika sahəsində inkişafının vacibliyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin genişlənməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət və hökumət başçılarının rolunu xüsusi qeyd edib.

O, Gürcüstanın enerji ehtiyaclarının ödənilməsində, yeni qaz anbarının tikintisində, yanacaqdoldurma məntəqələrinin açılmasında Azərbaycanın rolunu xüsusi vurğulayıb. Ölkəmizdə reallaşdırılan yeni enerji layihələrinin Gürcüstan üçün böyük əhəmiyyət daşıdığını qeyd edib, göstərilən diqqət və qayğıya, dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Dursun Həsənov ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərdən, gürcü və Azərbaycan xalqları arasında tarixi köklərə söykənən qardaşlıq və dostluq əlaqələrdən danışıb. Azərbaycan dövlətinin qardaş Gürcüstan ilə əlaqələrə xüsusi önəm verdiyini və ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib.

Səfir ulu öndər Heydər Əliyevin Gürcüstana tarixi səfərini xatırladıb, Azərbaycan və gürcü xalqlarının dostluğunun daha da möhkəmlənməsində Ümummilli Liderin xidmətlərini xüsusi qeyd edib, Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb.

Regionda həyata keçirilən irimiqyaslı enerji layihələrindən bəhs edən D.Həsənov deyib ki, bütün çətinliklərə, siyasi təzyiqlərə baxmayaraq, ulu öndər Heydər Əliyevin gərgin əməyi və siyasi müdrikliyi sayəsində 1994–cü ildə imzalanmış “Əsrin Müqaviləsi” bu gün təkcə regionun deyil, bütün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının birgə iclasının keçirilməsinin, hökumət və parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyi qeyd olunub.


12 Okt 2022
İqtisadiyyat

"Artıq Azərbaycandan gübrə idxal edirik"

Moldova və Azərbaycan kənd təsərrüfatı sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir.

11 Avq 2022
İqtisadiyyat

Rusiya şirkətləri Bakıda ixrac müqavilələri imzalayacaqlar

Rusiyanın Tula vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıda səfərdədir. Tula vilayətində istehsal edilən məhsulların Azərbaycana tədarükü ilə bağlı müqavilələrin imzalanması gözlənilir.

31 Yan 2022
İqtisadiyyat

Azərbaycandan pambıq ipliyinin ixracı üç dəfədən çox artıb

2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.

24 Yan 2022
İqtisadiyyat

Azərbaycanın qiymətli kağızlar bazarı 20% böyüyüb

2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.

22 Yan 2022
İqtisadiyyat

Manatın məzənnəsi ilə bağlı proqnoz AÇIQLANDI

Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq.