Kaunas 2022-ci ildə Avropanın mədəni paytaxtı olacaq

Kaunas 2022-ci ildə Avropanın mədəni paytaxtı olacaq
30 2017 12:20

Litvanın Kaunas şəhəri 2022-ci ildə Avropanın mədəni paytaxtı olacaq. Bu barədə məlumat martın 29-da Litva Mədəniyyət Nazirliyində seçimin nəticələrinin elan edilməsi mərasimində açıqlanıb.

Kaunas bu müsabiqədə özünü müasir paytaxt kimi təqdim edərək, bunu iki müharibə arasındakı dövrdə şəhərin Litvanın müvəqqəti paytaxtı kimi identikliyi ilə əlaqələndirib. Palanqa və Nerinqa ilə birlikdə müraciət edən Klaypeda isə özünü görüş yeri, adi tarixi koordinatlardan, identiklikdən və coğrafiyadan asılı olmayan, dəyişən şəhər kimi təqdim edib.

Litvanın altı namizəd şəhəri arasından seçilən bu iki şəhər müsabiqəsinin ikinci mərhələsində Avropanın mədəni paytaxtı titulu uğrunda mübarizə aparıb.

Avropanın mədəni paytaxtı titulu Avropa İttifaqının üzvü olan iki dövlətin hər birinin yalnız bir şəhərinə verilir. 2022-ci ildə Avropanın mədəni paytaxtları adını almaq hüququ Litva və Lüksemburqa verilib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.