Karlovun qətl məkanından foto Türkiyədə “World Press Photo”nun qalibi oldu

Karlovun qətl məkanından foto Türkiyədə “World Press Photo”nun qalibi oldu
13 2017 17:15

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi anını əks etdirən fotoşəkil 60-cı “World Press Photo” beynəlxalq fotojurnalistika müsabiqəsinin baş mükafatına layiq görülüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, beynəlxalq müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi fevralın 13-də Amsterdamda keçirilib.

İlin fotoşəklində 22 yaşlı Mert Altıntaş rusiyalı diplomata sui-qəsddən bir neçə dəqiqə sonra əks olunub. Arxa planda terrorçunun ölümcül yaraladığı diplomat görünür. 

“Bu, çox çətin qərar idi. Bu şəkli seçdik. Belə ki, bu fotoşəkil dünyada insanlar arasında getdikcə artan nifrətin qara rəmzi kimi diqqəti cəlb edir. Şəkilə hər dəfə baxdıqda ondan mümkün qədər uzaqlaşmaq istəyirsən”, - münsiflər heyətinin üzvü Mari Kalvert bildirib. 

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında qətlə yetirilib. Hücum edən şəxs təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Rusiya XİN bu hadisəni terror aktı kimi qiymətləndirib. 

 


18 Mar 2023
Dünya

Bakı və Siyəzəndə qumbaralar tapıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

18 Mar 2023
Dünya

Kahramanmaraşda zəlzələ: Ətraf vilayətlərdə də hiss olundu

Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.

18 Mar 2023
Dünya

Hindistan rusiyalıların ölkədə qalma müddətini məhdudlaşdırıb

Hindistan elektron turist vizaları üzrə rusiyalıların ölkədə qalma qaydalarını yeniləyib.

18 Mar 2023
Dünya

Türkiyədə zəlzələ baş verən ərazilərdə əhaliyə xəbərdarlıq edildi

Türkiyədə güclü zəlzələlərin baş verdiyi bölgədə bu gün başlayacaq, göy gurultusu ilə müşayiət olunacaq leysan yağışların axşam saatlarından sonra təsirini artırması gözlənilir.