Kanadanın Kvebek şəhərində məscidə hücum edən şəxsə qarşı ittiham irəli sürülüb.
APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, 27 yaşlı Aleksandr Bisonet qəsdən adam öldürməkdə təqsirli bilinir.
Hazırda hüquq-mühafizə orqanları A. Bisonetə qarşı terrorçuluq daxil olmaqla, digər ittihamların da irəli sürülməsi məqsədi ilə müvafiq tədbirlər görür.
Xatırladaq ki, Kanadada məsciddə 6 nəfərin ölümü ilə nəticələnən silahlı insident terror aktı kimi qiymətləndirilib. Hadisə zamanı həmçinin 8 nəfər yaralanıb, onlardan 5-i ağır vəziyyətdədir.
Günəş aktivliyinin pik həddinə çatır, bunu kosmosdan optik fotogörüntülər sübut edir.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.