Kanadalı istehsalçılar bükülən “3D” smartfon prototipini yaratmağa müvəffəq olublar ki, bu da virtual reallığı ovucun içində hiss etməyə imkan verir.
AZƏRTAC “dni24.com” saytına istinadən xəbər verir ki, “HoloFlex” adlandırılan yeni smartfon prototipi Kinqstonda yerləşən “Human Media Lab” laboratoriyasında hazırlanıb. “HoloFlex” tərəfindən göstərilən təsvirlər dərinliyə malik olduğundan adi şəkil üçölçülü kimi görünür. Həmin effektin reallaşması üçün eynək tələb olunmur, bütün bu optik möcüzə “OLED” ekranda baş verir.
Təsvirin ekranda göstərilməsi “3D” printerdə çap edilmiş əyriliyə malik mikrolinzalar massivi vasitəsilə həyata keçirilir. İstifadəçi ekranı, sadəcə, bükməklə təsvirin dərinliyini istədiyi kimi tənzimləyə bilər. Bundan başqa, ekranda göstərilən obyektləri yaxınlaşdırmaq olar və hətta onları redaktə etmək mümkündür. Məşhur “Angry Birds” oyununu ekranı bükməklə idarə etmək mümkündür.
Hələ ki kütləvi istehsal barədə məlumat yoxdur, amma yenilik “3D” sahəsində böyük perspektivlər açır.
Bu günə qədər Qarabağdakı son müharibədə 3 621 nəfərin ölməsi təsdiq edilib.
Rusiya Prezidenti Vladimir Putinə koronavirus infeksiyası əleyhinə ikinci doza peyvənd vurulub.
Yaponiyanın ən güclü Atom Elektrik Stransiyası (AES) “Kasivadzaki-Kariva”nın təsbit edilən təhlükəsizlik pozuntuları səbəbiylə fəaliyyətinə qadağa qoyulub.