Kamran Əliyev avto-kreslo söhbətinə son qoydu - “Cərimə olmayacaq”

Kamran Əliyev avto-kreslo söhbətinə son qoydu - “Cərimə olmayacaq”
18 2017 09:02

Yol polisinin cərimələr haqqında yeni qaydaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə, 12 yaşa kimi olan uşaqların avtomobildə gedən zaman xüsusi oturacaqlarda oturması məsələsi sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri qanunun düzgün olmadığını, arxa oturacaqda kifayət qədər böyük olan 10-12 yaşlı uşaqlar üçün xüsusi oturacaqdan istifadənin və buna görə cərimənin düzgün olmadığını qeyd ediblər. 
Moderator.az - ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovdan fərqli olaraq həmkarı Kamran Əliyev Sputnik Azərbaycan-a bildirib ki, arxa oturacaqda uşaqların xüsusi oturacaqlarda daşınmaması üçün xüsusi cərimə tətbiq edilə bilməz: "Bu qayda qanunvericilikdə mövcud deyil, sadəcə tövsiyə xarakteri daşıyır ki, kimsə öz uşağının təhlükəsizliyini təmin etmək istəyirsə, arxa oturacaqda da uşaqlar üçün xüsusi oturacaqlar quraşdırsınlar. Təkrar edirəm, arxa oturacaqda uşaqlar üçün xüsusi oturacaqların quraşdırılmaması ilə bağlı heç bir cəza nəzərdə tutulmur və bununla bağlı sürücü məsuliyyətə cəlb edilə bilməz".
Daha sonra K.Əliyev vurğulayıb ki, uşaqlar üçün oturacağın quraşdırılması minik avtomobillərinin qabaq oturacaqları üçün mütləq şəkildə nəzərdə tutulur: "Minik avtomobilində uşaqlar üçün xüsusi oturacaq olmazsa, 12 yaşa kimi olan uşaqların daşınmasına görə inzibati məsuliyyət var. Sürücü ona görə 3 bal və 60 manat cərimə olunur".
Qeyd edək ki, Vaqif Əsədov isə sözügedən qaydanı pozan sürücülərin inzibati məsuliyyətə cəlb olunacağını açıqlamışdı: “Bu, yolverilməz haldır və təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, xüsusilə pik saatlarda, dərsdən gəlib-getmə zamanlarında, eyni zamanda azyaşlıların daşınması zamanı 12 yaşınadək uşaqların xüsusi oturacaqlarda oturmasını təmin etsinlər. Əks halda, qanunun tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar. Ən azından öz övladınızın həyati təhlükəsizliyi üçün bunu etməyə borclusunuz. Çünki yol qəzası baş verən zaman avtomobilin çırpılması ətalət qüvvəsi yaradır və nəticədə azyaşlı ağır xəsarət alır, bu da ölümə səbəb ola bilər”.

10 Dek 2024
Cəmiyyət

Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq

"İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir".

10 Dek 2024
Cəmiyyət

Qarabağ Universitetinin yeni korpusları YARADILIR

"Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır".

10 Dek 2024
Cəmiyyət

Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb

Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55,0 hektar (ha), Ağdam rayonu ərazisində 11,0 ha, Cəbrayıl rayonu ərazisində isə 38,0 ha yeni yaşıllıq sahəsi salınıb.

10 Dek 2024
Cəmiyyət

Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir

Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

10 Dek 2024
Cəmiyyət

Günəşdə güclü partlayış qeydə alındı

Alimlər dekabrın 10-da Günəşdə M yüksəksinifli güclü partlayış qeydə alıblar.