ABŞ prezidenti Donald Trampın qızı İvanka atasının Suriyadakı aviabazaya raket zərbələri endirməsi qərarına böyük təsir göstərib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” nəşri məlumat yayıb.
Nəşr mənbəyinə istinadən yazıb ki, İ.Tramp İdlibdə kimyəvi hücumun olduğu iddia edilən yerdən çəkilmiş fotoşəkillərdən sarsılmışdı. Nəticədə onun mövqeyi Oval kabinetə təsir göstərib, ardından ABŞ administrasiyasının mövqeyi gözləniləndən daha sərt olub.
Aprelin 7-də İ.Tramp “Twitter” səhifəsində Suriyaya raket zərbələri endirilməsinə göstəriş verən atasının qərarı ilə fəxr etdiyini yazıb.
Xatırladaq ki, İ.Tramp prezidentin xüsusi müşaviri vəzifəsini icra edir və Ağ evdə ödənişsiz əsasda işləyir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Od çərşənbəsinə görə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna gedib.
Dünya o qədər dəyişib ki, Rusiya ilə Belarus arasında birləşmə ehtimalını ciddi şəkildə düşünmək ağılsızlıq olardı.
Pakistanın Sind əyalət məclisində deputatlar arasında dava düşüb.