KAMALƏDDİN QAFAROV: ÜMUMMİLLİ  LİDER  HEYDƏR  ƏLİYEV AZƏRBAYCANIN  MÜASİR  MULTİKULTURALİZM  SİYASƏTİNİN  BANİSİDİR

KAMALƏDDİN QAFAROV: ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCANIN MÜASİR MULTİKULTURALİZM SİYASƏTİNİN BANİSİDİR
14 2017 08:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2016-ci il tarixli sərəncamı ilə 2016-cı il ölkemizdə “Multikulturalizm ili” elan edilmişdir. Multikulturalizmin Azərbaycanın rəsmi siyasəti səviy­yə­sinə yüksəlməsi, bu siyasətin bir çox mütərəqqi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən rəğbətlə qarşılanması və ən yüksək səviyyədə dəfələrlə razılıqla vurğulanması da heç kəs üçün sirr deyildir.

Multikulturalizm nədir? Bu, ilk növbədə, bir ölkədə mədəniyyətlərin qarşılıqlı təsirində müəyyən “keyfiyyət”ə nail olunmasına yönəlmiş demokratik dövlət strategiyasıdır. Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyi bəsləmək, əlbəttə, təbiidir. Müxtəlif xalqların, millətlərin və dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır.

Azərbaycan Respublikası çoxmillətli ölkədir. Xalq dövləti təşkil edən etnosdan – Azərbaycan türklərindən və avtoxton milli azlıqlardan – udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, tatlardan, dan, ləzgilərdən və b. təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamışdır. Buna görə də Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan millətinin nümayəndələri hesab olunurlar. Onlardan başqa, respublikada ruslar, ukraynalılar, beloruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar. Bu milli azlıqların hər birinin müvafiq olaraq tarixi Vətəni vardır və Azərbaycan ərazisində yaşayan milli azlıqlara aid edirlər. Təkcə Bakıda iyirmidən yuxarı müxtəlif mədəni icma fəaliyyət göstərir. Bunların arasında rusların, ukraynalıların, kürdlərin, lakların, ləzgilərin, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, Axısqa türklərinin, Avro­pa və dağ yəhudilərinin, alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar möv­cuddur.

Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, о cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Multikul­turalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitu­siya­sı­nın bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mənsubiyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüququ” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək olar.

Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demok­ratik inkişafının tərkib hissəsi he­sab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, о cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə demokra­tik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi, “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik olmalarını” təmin etməli idi.

Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O, qeyd etdi ki, etnik millətçilik, mahiyyət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqi- şəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmayaraq, ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, həqiqətən də “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azər- baycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumuk da, başqası da –  bütünlükdə hamısı azərbaycanlıdır”.

Heydər Əliyev göstərirdi ki, “azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən – inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Multikulturalizm cəmiyyətdə təzahür edən çoxnövlü mədəni müx- təlifli­yin növlərindən biridir. Bundan başqa, multikulturalizmlə əlaqədar olan izolya­sionizm (təcridetmə), assimilyasiya və aparteidi kimi digər təzahürləri də qeyd etmək olar.

İzolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub ora­da məskunlaşmaqla mənəvi müxtəlifliyin formalaşmasının qarşısını alır. Nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar;

Assimilyasiya – izolyasionizmə alternativ olan siyasətdir. Bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin əridilməsini nəzərdə tutur;

Aparteid – müəyyən qrup adamların assimilyasiyasına mane olmaq məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlmiş siyasətdir.

Yuxarıda deyilənləri nəzərə almaqla, qeyd edək ki, bölgələrin tarixi inkişafındakı müxtəlifliyə uyğun olaraq, həmçinin multikulturalizmin də müxtəlif modelləri mövcuddur. Bu spesifik modellərin arasında Amerika, İsveç, Avstraliya və Kanada modellərini xüsusi qeyd etmək olar.

Multikulturalizmin Amerika modeli 60-cı illərin ortalarından etibarən ABŞ anqlo-saksonları immiqrantlarla bir yerə qatan bir növ “əridici qazan” (Buna bəzən “əridici pota” da deyirlər.) rolunu oynayırdı. Bu “qazanda” anqlo-saksonlar üstün mövqeyə malik idilər. Lakin bir müddət keçdikdən sonra “Əridici qazan” proqramı multikulturalizm ideologiyası ilə əvəz olundu. Bu- nun əsas səbəbi iki mühüm qanunun – “Vətəndaş Hüquqlarına dair Qanun” (1964) və İmmiqrasiya haqqında Qanun” (1965) – qəbul edilməsi idi. Birinci qanun ölkədə anqlo-saksonların mövqelərini bir qədər zəiflətməklə yanaşı, bütün, millətlərin bərabərliyini təmin etdi. Ikinci qanun isə ölkəyə immiqrasi- yanı sürətləndirdi.

Bu gün biz ABŞ-ın multikultural siyasətində bir tərəfdən – mühacirlərin Amerika cəmiyyətinin dəyərlərini qəbul etməsini; digər tərəfdən isə – etnik və irqçi ekstremizmin qarşısını alan əlavə mexanizmlərin formalaşması kimi bu cəmiyyətdə etno-mədəni oxşarlığın çatışmazlığını görürük.

Multikulturalizmin İsveç modelinin xüsusiyyəti ondan ibarətdir ki, cəmiyyətdə mədəni müxtəlifliyin saxlanılmasında dövlət fəal rol oynayır. İsveçin multikultural siyasətinin əsas istiqamətləri – dil və təhsil strategiya­la­rı­dır. Bu strategiyalar immiqrantları həm öz doğma dillərini, həm də İsveç dilini öyrənməyə sövq edir. İsveç hökuməti ölkədəki mədəni müxtəlifliyə vacib və zəruri olan bir reallıq kimi yanaşır.

Multikulturalizmin Avstraliya modeli multikultural cəmiyyətin forma­laş­ması uzun müddət dövlət tərəfindən təqib edilən izolyasionizm siyasəti ilə müşayiət olunmuşdu. 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanun” izolyasionizm siyasətininin idarə olunmasında hakim elita üçün əsas inzibati rol oynamışdır.

Yeri gəlmişkən qeyd edək ki, “multikulturalizm” termini siyasi leksikona ilk dəfə 1970-ci ildə – Avstraliyada immiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir. O, anqlosakslarla yeni avstraliyalılar arasın- nifaqın aradan götürülməsinə çox səy göstərmişdir. 1979-cu ildə hökumət Mədəni müxtəlifliyin Problemləri üzrə Avstraliya İnstitutunu, 1987-ci ildə Multikulturalizm Problemləri Komitəsini yaratdı. Bu, Avstraliya dövlətinin immiq­rasiya siyasətində necə mühüm rol oynadığının və onun irqçilikdən multikulturallığa qədər inkişafında əldə etdiyi parlaq uğurların göstəricisidir.

Multikulturalizmin Kanada modeli. Kanadada multikultural cəmiyyə­tin formalaşması 1960-cı illərə təsadüf edir. Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli xüsusiyyətlərindən biridi. Bu ölkədə multikulturalizm Azadlıq və Hüquqlar üzrə Kanada Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur.

ABŞ və Avstralıyadan fərqli olaraq, Kanadada etnik azlıqlara mü- nasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyasəti yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilindən azad şəkildə istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq hüququna malikdirlər. Bu vacib situasiya Kanadada yaşayan etnik azlıqların öz mədəni dəyərlərini qoru- ya bilməsinə şərait yaradır.

Avropa üzrə ilk etnik konfliktlər ötən əsrin 90-cı illərinin əvvəllərində Bolqarıstanda başlamışdır. Bu­na səbəb səksəninci illərin ortalarında Bolqarısta­nın о vaxtkı rəhbərliyinin etnik, aborigen müsəlmaniarın ərəb-türk mənşəli adlarını slavyan adlarına dəyişməsi idi. Onlara öz dillərində danışmaq və məscidlərdə öz ibadətlərini etməyi qadağan etmişdilər. 1989-cu ildə bu siyasə­tə qarşı etiraz əlaməti olaraq müsəlmanların kütləvi tətilləri və yürüşləri başlandı. Vəziyyəti əldə saxlamaq üçün kommunist hakimiyyəti dörd yüz min türk vətəndaşını respublikadan çıxardı.

Lakin bu, vəziyyəti daha da gərginləşdirdi və ölkənin üzərini qara buludlar aldı. Lakin hakimiyyətə demokratik qüvvələr gəldi və türklərin, eləcə də bütün müsəlmanların problemləri həll edildi, onlara öz partiyalarını yaratmağa izin verildi, digər zəhmətkeşlər kimi hüquq və azadiıqlardan istifadə etməyə başladılar.

Avropanın digər ölkələrinin – Al- maniya, Fransa, ardınca da Böyük Britaniyanın bu kontekstdən öncə multikulturalizm siyasətinin iflasa uğramasını bəyan edib, daha sonra “sözdən işə keçərək” xaricdən ölkəyə giriş qaydalarını sərtləşdirmələri də tamamilə anlaşılmazdır. Bu, tarixən belə olub və müasir şə- raitdə Qərbin multikulturalizmi inkar etmələrinin mahiyyətində bir eqoistlik, aparteid elementləri da- yanır. Özü də bu tendensiya yeni deyil.

Rus siyasətçisi L. SIutskiyə görə, burada bir neçə ssenari nəzərdən keçiri­lə bilər. Birinci ssenari – “assi­milyasiya getmədən inteqrasiya”, yəni monona­sio­nal – birmillətli dövlət qurmaq cəhdlərinin perspektivsiz olması və ya separatçı əhval-ruhiyyənin daha da artması ilə müşahidə olunan bu cür səylərin if­la­sa uğraması səbəbindən onlardan imtina etməkdən ibarətdir. Burada multi­kul­turalizm bu imtinanın konstitusion-hüquqi rəsmiləşdirilməsi bazası olaraq, eyni zamanda, ən geniş “mədəni plüralizm”, vahid vətəndaş identikliyi və dövlət bütövlüyü kimi anlamların birlikdə mövcud olmasına inam kimi çıxış edir. Bu, Kanada modelidir. İkinci ssenari – “əks diskriminasiyadır” (“diskri­mi­na­torların diskriminasiyası”): özünü xüsusən cəmiyyətin demoqrafik quruluşu və onun sosial strategiyası arasındakı fərqlərdə büruzə verən tarixi və ya sosial ədalətsizlik, yaxud diskriminasiyanın aradan qaldırılması yolu ilə müxtəlif irq, etnos və dinlərin nümayəndələrinin hüquq bərabərliyinin qazanılmasında göstərir; bu ssenaridə bir qayda olaraq, “affirmative” action”a (diskriminasiyanı kompensasiya edən imtiyaz, preferensiya, güzəştlərin təqdim edilməsi) üstünlük verilir – bu, ABŞ mode­lidir. Daha sonrakı “funksional tolerantlıq” ssenarisi hansısa dövlətin iqtisadi konyunkturadan asılılığı zamanı müvəqqəti şəkildə xarici işçi qüvvəsini dəvət və ya qəbul etməsi hallarında baş tutur; bu zaman qastarbayterlər tam dəyərli vətəndaşlıq hüquqları almasalar da, öz “identik­lik­lə­ri­ni” saxlayaraq işləmək və yaşamaq hüquqlarına malik olurlar – bu da Almaniya modelidir.

Fikrimizcə, bu gün multikultural bazanın əsasında qurulması mümkün olan sonuncu ssenari “xırdalanma” ssenarisidir. Bu ssenari ölkənin xarici imicinin yaxşılaşdırılmasına və əmək resursları çatışmazlığının aradan qaldırıl­ma­sı üçün mühacirlərin cəlb edilməsinə yönəlmişdir. Beləliklə, dövlət mü- hacirləri onların etnokulturoloji fərqlərini saxlayaraq ölkədə yaşamağa təşviq edir, ancaq bir şərtlə ki, onlar loyal olsun və demokratik cəmiyyətin baza dəyərlərini, prinsiplərini qəbul etsinlər – bu, artıq Avstraliya modelidir.

Kanada, ABŞ, Almaniya, Avstraliya – 4 fərqli model. Bu modellərin ha­mı­sı ötən əsrin 60-70-ci illərində işlənib hazırlanmışdır. Bu, о zamanlar idi ki, Avropa liberal düşüncəsinin müsəlman aləminə, Avropadakı müsəlman ekspansiyasına qarşı qoyacaq bir şey tapması zəruri idi. О vaxt “ümumi tolerantlıq və assimilyasiya” ideyası ideal görünürdü.

Dörd ssenaridən sonuncusu da­ha praqmatik təsirə malikdir. Avstraliya qanuni və qeyri-qanuni mühacirlərə qarşı öz mövqeyini kifayət qədər sərt və ardıcıl şəkildə həyata keçirir. “İşləmək istəyirsiniz? – Kollektivdə işləməyi bacarırsınızsa, xoş gəlmısiniz! Yox? – Qayıdın vətəninizə. İşçiyə ehtiyacımız yoxdur”. Avropa və Amerika üçün belə yanaşma bir sıra səbəblərdən yolverilməzdir: Avropa seçim qarşısında durur – ya yeni işçi qüvvəsinin cəlb edilməsi sürətini saxlamaq (tələbat ildə yüz min insandır), ya da onları itirmək.

Burada bizim günlərdə bütün dünyanın gündəmində duran qaçqın-köçkün problemini də xatırlatmaq gərəkdir.

Bu gün Avropada multikultura­lizmin iflası, əslində, bu ölkələrin si­yasi elitasının son dərəcə təhlükəli səhvi kimi də dəyərləndirilə bilər. İndi Avropanın bir sıra ölkələrində qaçqın və köçkün dalğası bir vaxtlar stabil görünən cəmiy­yət­ləri əməlli-başlı dalğalandırmaqda və parçalamaqdadır.

Onlardan fərqli olaraq, Azərbaycanın multikulturalizm fəlsəfəsi və canlı təcrübəsi bütün dünya ölkələrini fəth etmək yolundadır. İndi dünyanın 13, Azərbaycanın 28 ali məktəbində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri tədris olunur.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan multikulturalizminin siyasi və hüquqi banisi – ümummilli lider Heydər Əliyevdir. O neçə illər öncə çox böyük uzaqgörənliklə həm Azərbaycan Konstitusiyasında, həm də bir çox qanunlarda Azərbaycan multikulturalizmini əks etdirən bir çox müddəaların yer almasını təmin etmişdir. Multikulturalizmin vətəndaşlarımızın həyat tərzinə çevrilməsi, onun inkişafının ən yüksək mərhələsidir.

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bir neçə gün əvvəl Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu dünya üzrə ölkəmizin multikultural prinsiplərin əsas daşıyı­cılarından biri olduduğunu növbəti dəfə təsdiq etmişdir. Forumda 147 xarici ölkədən 1500-dən çox qonaq iştirak edib. Ümumi qeydiyyatdan keçənlərin sayı 300-dən çox olub. Forumda 120-dən çox yüksək səviyyəli hökumət və beynəlxalq qurum rəsmisi təmsil olunub.

Bu mötəbər beynəlxalq tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı parlaq, bənzərsiz və yaddaqalan olmuşdur. Prezident İlham Əliyev demişdir ki, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşa­yıb­lar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikul­turalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nüma- yəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti multikülturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən qat-qat üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymət- ləndiririk və qoruyub saxlayacağıq” deyən ulu öndər bütün sonrakı si­yasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi. Fikirlərimi Heydər Əliyevin uzaqgörənliklə dediyi fikirlə də tamamlamaq istəyirəm: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri...ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.

 

Kamaləddin Qafarov,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

“Respublika qəzeti 08 may 2016-cı il

 



Tags

# kamaləddin qafarov, kamaləddin qafarov, qafarov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis


23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.