Jirinovski: Azərbaycan yox, Bakı və İrəvan quberniyaları olacaq – VİDEO

Jirinovski: Azərbaycan yox, Bakı və İrəvan quberniyaları olacaq – VİDEO
07 2017 09:34

Rusiyada Liberal-Demokrat Partiyasının əvəzolunmaz lideri, ötən şənbə günü yenidən bu partiyanın lideri seçilən qalmaqallı siyasətçi Vladimir Jirinovski Kremlin mövqeyini təbliğ edən “Tsarqrad TV” kanalına müsahibə verib.

REALPRESS.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Jirinovski telekanalın əməkdaşı Zaxar Prilepinin “Çay s Zaxarom” müəllim proqramında çıxış edərkən ABŞ prezident Donald Trampla Rusiya arasında mümkün sövdələşmə variantı haqda danışıb. 

Jirinovski bildirib ki, əgər o, Rusiya prezidenti olsaydı, Trampa sövdələşmə təklif edərdi: Rusiya İran və Çinlə münasibətləri ABŞ-ın istədiyi kimi qurur. Əvəzində ABŞ Rusiyanın keçmiş SSRİ respublikalarını özünə birləşdirməsinə, yəni SSRİ-nin sərhədlərini bərpa etməsinə mane olmur.

“Yəni bir növ alver. Tramp axı biznesmendir, bu cür sövdələşmə ona sərf edəcək. Həmin keçmiş sovet respublikaları görsələr ki, ABŞ qarışmır, özləri qaçıb Kremlin nəzarəti altına qayıdacaqlar. Yəni biz İran və Çinlə münasibətləri Trampın istədiyi kimi qururuq, o da əvəzində bizim bir il - il yarım ərzində keçmiş SSRİ-nin sərhədlərini bərpa etməyimizə göz yumur. Əslində, bu sövdələşmədə biz daha çox güzəştə gedirik, nəinki Tramp. Ukrayna, Belarus, Baltikyanı ölkələr, Azərbaycan, Qazaxıstan onun nə vecinə, nəyinə lazımdır axı”, - Jirinovski bildirib.

Vladimir Jirinovskinin fikrincə, Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini “dinc yolla” bərpa etməsinin qarşısında heç bir maneə olmayacaq. Çünki həmin keçmiş sovet respublikalarının əhalisinin özü bunu istəyir. “Onlar görsələr ki, ABŞ əlini çəkir, qarışmır, Rusiyaya birləşmək üçün özləri xahiş edəcəklər. Çünki əhali bunu istəyir, onlar SSRİ vaxtında daha yaxşı yaşayıblar. İndi isə pis yaşayırlar, varlılar yaxşı yaşayır, kasıblar isə indiki sistemi istəmir. Mən Qafqazda olmuşam, Qazaxıstanda yaşamışam, bilirəm ki, heç bir etiraz-filan olmayacaq. Xüsusən də SSRİ-nin ləğvi qanunsuz olub, Belovejsk sazişinin heç bir hüquqi qüvvəsi yoxdur”, - qalmaqallı siyasətçi əlavə edib.

Jirinovski daha sonra keçmiş SSRİ respublikalarının Rusiyaya birləşdirilməsinin bu respublikalara necə “sərfəli olacağını” əsaslandırmağa çalışıb. Deyib ki, belə olan halda həmin respublikalar “artıq nə varsa” hamısını Rusiyaya sata biləcəklər. Məsələn, Tacikistan Rusiyaya faraş kələm və çiyələk satacaq. Özbəkistanla Qırğızıstan arasında su problemi öz-özünə həll olunacaq. Çünki Rusiya sərhədləri ləğv edəcək və hamını “nə lazımsa onunla təmin edəcək”.

Jirinovski keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda, Qarabağ probleminin də “öz-özünə həll olunacağını” deyib. “Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi”, - Jirinovski bildirib.

LDRP liderinin sözlərinə görə, Rusiyaya birləşməklə keçmiş sovet respublikalarının hamısı “xoşbəxt olacaqlar”. Çünki onların təhlükəsizliyi təmin olunacaq, perspektivləri yaranacaq, iş dalınca Rusiyaya qaçmalı olmayacaqlar.

“Mən özüm Almatıda doğulmuşam, ora rus şəhəri,  Rusiyanın Asiyada ən sadiq forpostu olub. Qazaxlar isə ancaq alaçıqlarda yaşayıb qoyun otarırdılar, qoyun yunundan corab, köynək toxuyurdular, ət tədarük edirdilər və s. Hamısını korlayan bolşeviklər oldu, onlara zorla təhsil, mədəniyyət verdi, nəticədə axışıb gəldilər Rusiyaya”, - Jirinovski deyib.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.