İxraca dair maarifləndirmə tədbirləri yekunlaşıb

İxraca dair maarifləndirmə tədbirləri yekunlaşıb
24 Dek 2016 09:34

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə “Malların ixracı proseduru və aparılan mənşə ekspertizaların mahiyyəti” mövzusunda seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə 50-dən çox sahibkarlıq subyektinin ixrac üzrə səlahiyyətli nümayəndələri iştirak edib.

Seminarda malın ixrac proseduru və gömrük güzəştləri barədə ətraflı məlumat verilib, bu sahədə ehtiyac yarandıqda Mərkəzin ekspertlərinə müraciət etmək tövsiyə olunub. Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının fəaliyyəti, akkreditasiya sahələri, burada aparılan laborator müayinələr də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, sahibkarlar istehsal etdikləri məhsulların keyfiyyət göstəricilərinin təyin olunması üçün laboratoriyanın imkanlarından istifadə edə bilərlər. Bundan başqa, iştirakçılar mənşə ekspertizası və malın mənşəyini təsdiq edən sənədin 1 gündən gec olmayaraq sahibkara təqdim edilməsi, həmçinin ekspertiza xidmətləri qiymətlərinin qeyri-neft malları üçün 30% aşağı salınması barədə məlumatlandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Bununla da, İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən müvafiq mövzuda keçirilmiş silsilə tədbirlər başa çatıb. Ümumilikdə Mərkəz tərəfindən Bakı şəhəri və regionlar üzrə bu mövzuda 7 seminar, İqtisadiyyat Nazirliyinin qurumları ilə birlikdə isə 4 tədbir keçirilib.

2017-ci ildə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulur.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.