Yanvarın 25-də İtaliyanın Florensiya əyaləti hökumətinin informasiya texnologiyaları üzrə meneceri Jurgen Assfalg M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüş Azərbaycan və İtaliyanın Mədəniyyət və Turizm nazirliklərinin birgə “Al Tvininq mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” layihəsi çərçivəsində reallaşıb.
İtaliyalı qonaq mədəniyyət sektorunda rəqəmsallaşmanın vəziyyəti və bu sahədə həyata keçirilən işlərlə maraqlanıb.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov kitabxananın 2000-ci ildə “Virtua” avtomatlaşdırılmış sistemə qoşulması, elektron kitabxana və kataloq, virtual biblioqrafik xidmət imkanları haqqında məlumat verib.
Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi əsasında ULTRA şirkəti tərəfindən 2010-cu ildə tərtib olunmuş ALISA proqramından danışan direktor, proqramın artıq iki ildir Bakı şəhər kitabxanalarında və 30 rayon mərkəzləşdirilmiş kitabxana sistemlərində tətbiq edildiyini, cari ilin sonunadək bütün rayon kitabxanalarında işləyəcəyini, ALISA-nın kitabxanalara tətbiqindən öncə kadrların Milli Kitabxanada treninq keçdiklərini diqqətə çatdırıb.
Proqramın imkanları ilə maraqlanan J.Assfalga ALISA-nın dünya standartlarına cavab verən proqramlar əsasında yazılması, “Virtua” ilə sinxronlaşdırılması, kitabxanalarda əvvəllər olan IRBIS proqramında yazılmış bütün bazaların ALISA-ya inteqrasiya olunması barədə məlumat verilib.
Milli Kitabxananın “Açıq kitabxana” layihəsini yüksək qiymətləndirən qonaq rəy və təkliflər kitabına ürək sözlərini yazıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.
Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib.