Xilasedicilər İtaliyanın mərkəzində qar uçqunu altında qalan “Rigopiano” otelinin dağıntıları altından 24-cü qurbanın cəsədinı çıxarıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, baş verən hadisə nəticəsində itkin düşmüş sayılan 5 nəfərin axtarışı davam edir. Qar uçqunundan xeyli vaxt keçdiyi üçün onların sağ tapılmasına ümidlər demək olar ki, qalmayıb.
Xatırladaq ki, fövqəladə hadisə yanvarın 18-də, İtaliyanın Abrusso vilayətinin Farindola şəhərciyi yaxınlığındakı Qran-Sasso dağ massivində baş verib. Çox güman ki, həmin gün Mərkəzi İtaliyada baş verən güclü zəlzələnin səbəb olduğu qar uçqunu “Rigopiano” otelini dağıdıb. Dördmərtəbəli binanın üzərinə 200 min kubmetr qar kütləsi tökülüb. Hadisə zamanı oteldə qalan 40 nəfərin yalnız 11-ni xilas etmək mümkün olub.
İtaliyanın baş naziri Paolo Centiloni bu gün ölkə parlamentində çıxışı zamanı axtarış-xilasetmə əməliyyatına 200-dək xilasedicinin və bütün mümkün vasitələrin cəlb edildiyini bildirib.
“Son həftələrdə Rusiya Ukraynaya təcavüzünün ilk mərhələlərində zəif fəaliyyət göstərdiyi hesab edilən yüksəkrütbəli komandirləri işdən çıxarıb”.
Meksikanın qərbində yerləşən Xaliko əyalətində avtobusun divara çırpılması nəticəsində 14 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bu gün, mayın 19-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın ali hərbi orqanı olan Hərbi Komitənin iclası keçiriləcək.
“Rusiya qoşunları Çerniqov və Sumı vilayətlərindəki yaşayış məntəqələrini artilleriya və minaatanlardan, Desna qəsəbəsini isə raketlərdən atəşə tutub. Bu istiqamətdə PUA-ların köməyi ilə hava kəşfiyyatı davam edir”.