İtaliyada G7 ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilir

İtaliyada G7 ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilir
11 2017 11:40

İtaliyanın Luçça şəhərində dünyanın inkişaf etmiş ən böyük 7 ölkəsinın (G7) və Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin toplantısı işə başlayıb.

AZƏRTAC Türkiyənin Anadolu Agentliyinə istinadla xəbər verir ki, İtaliyanın ev sahibliyi ilə keçirilən toplantıda xarici işlər nazirləri Ancelino Alfano (İtaliya), Reks Tillerson (ABŞ), Boris Conson (Böyük Britaniya), Siqmar Qabriel (Almaniya), Jan-Mark Ayro (Fransa), Fumio Kişida (Yaponiya), Kristia Friland (Kanada) və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini iştirak edirlər.

Toplantı ilə əlaqədar Luççada geniş təhlükəsizlik tədbirləri görülüb, bu tarixi şəhərin mərkəzi küçələrində hərəkət tamamilə məhdudlaşdırılıb, şəhər üzərindən bütün uçuşlar qadağan edilib.

İki gün davam edəcək toplantıda terrorizmlə mübarizə, miqrant böhranı, İŞİD-in Suriyadan və İraqdan çıxarılması, Suriyada vətəndaş müharibəsi, eləcə də İran, Liviya, Ukrayna, Şimali Koreya ilə münasibətlər və digər məsələlər müzakirə ediləcək. Suriya məsələsi ilə bağlı müzakirələrdə Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın xarici işlər nazirləri də iştirak edəcəklər.

Toplantı çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçiriləcək.


5 Dek 2025
Dünya

Hindistan aeroportlarında 400-dən artıq reys ləğv olunub

InterGlobe Aviation (IndiGo) aviadaşıyıcısı Hindistanın hava limanlarında davam edən daxili əməliyyat problemləri səbəbindən 400-dən çox reysi ləğv edib.

5 Dek 2025
Dünya

İndoneziyada daşqınlarda ölənlərin sayı artmaqda davam edir

İndoneziyanın Sumatra adasında baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 846 nəfər ölüb, daha 547 nəfər itkin düşmüş sayılır.

5 Dek 2025
Dünya

Putini Hindistanda belə qarşıladılar - VİDEO

Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi arasında görüş başlayıb.

5 Dek 2025
Dünya

"Qızılın unsiyasının qiyməti 4 500 dollara yüksələ bilər"

Yaxın aylarda dünya bazarında qızılın unsiyasının qiyməti 4 300–4 500 ABŞ dolları arasında dəyişə bilər.

5 Dek 2025
Dünya

Avro ucuzlaşdı, rubl bahalaşdı - Məzənnə

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.