İtaliya mətbuatında İtaliya və Azərbaycan əlaqələrinə dair məqalə dərc edilib

İtaliya mətbuatında İtaliya və Azərbaycan əlaqələrinə dair məqalə dərc edilib
05 2017 10:41

İtaliyanın "Notizie Geopolitiche" analitik portalında italyan tədqiqatçılar Corciya Pilar və Domeniko Letisianın birgə müəllifi olduğu "İtaliya və Azərbaycan hər zaman daha yaxın" adlı məqalə dərc olunub.

Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, iki ölkə arasında diplomatik əlaqələrinin qurulmasının 25-ci ildönümünə həsr olunan məqalədə Azərbaycanın müstəqilliyinin bərpasından sonra iki ölkə arasında münasibətlərin inkişafı tarixindən, hazırda müxtəlif sahələrdə əlaqələrin vəziyyətindən, xüsusən iqtisadi sahədə mövcud əməkdaşlıqdan bəhs olunur.

Məqalədə göstərilir ki, İtaliya Azərbaycanın müstəqilliyini tanıyandan keçən dövr ərzində iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri qurulub, çoxsaylı yükəsk səviyyəli səfərlər həyata keçirilib, müxtəlif sahələrdə əməkdaşlığın əsasını təşkil edən sənədlər imzalanıb, iqtisadi əlaqələr sürətlə inkişaf edib, ticarət dövriyyəsi sürətlə artmışdır. Hazırda Azərbaycanın xarici ticarət balansında İtaliyanın payı 17.57%-dir və Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçılarından biridir.

Məqalədə, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayacaq Trans-Adriatik boru kəmərinin (TAP) İtaliya üçün əhəmiyyətindən də söz açılır. Qeyd olunur ki, 2020-ci ildən başlayaraq bu boru kəməri vasitəsilə Azərbaycanın "Şahdəniz" yatağından İtaliyaya ildə 8 milyard kub metrdən çox qazın nəql olunması nəzərdə tutulur ki, bu da enerji mənbələrinin şaxələndirilməsi, istər İtaliya, istərsə də ümumilikdə Avropanın enerji təhlükəsizliyi üçün önəmlidir.

Həmçinin italyan şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, onların neft-kimya zavodlarının tikintisi və yenidən qurulması, infrastruktur layihələrində iştirakından geniş bəhs olunur. Habelə bildirilir ki, Azərbaycan iqtisadiyyatın diversifikasiyası prosesi neft və qaz sahəsi ilə yanaşı, italyan şirkətlərinin Azərbaycanda digər sektorlara, o cümlədən kənd təsərrüfatı, ərzaq məhsullarının emalı, nəqliyyat, turizm, inşaat, yükəsk texnologiyalar sahələrinə də sərmayə qoymasına şərait yaradır.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.