İstiqrazların pulları hazırdır – SOCAR-dan AÇIQLAMA

İstiqrazların pulları hazırdır – SOCAR-dan AÇIQLAMA
18 2017 09:50

REALPRESS.Az xəbər verir ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişi haqqında sualları “SOCAR Capital” şirkətinin İnvestisiya və əməliyyatlar departamentinin direktoru Elxan Həsənov cavablandırıb.

- Elxan müəllim, yanvarın 17-də SOCAR istiqrazları üzrə ilk faiz ödənişi olacaq. Ümumilikdə, hansı məbləğdə faiz ödəniləcək və ödəniş necə həyata keçiriləcək? 

- Bildiyiniz kimi, SOCAR istiqrazları illik 5% gəlirlə buraxılmışdır və ilk kupon ödənişi yanvar ayının 17-də həyata keçiriləcək. Bu da 1,25% həcmində gəlir deməkdir. Ümumi məbləğdə 1 milyon 250 min dollarlıq kupon faizi istiqraz sahiblərinin hesablarına köçürüləcək və 17 yanvar etibarı ilə istiqraz sahibləri öz kupon faizlərini əldə edərək banklardan çəkə biləcəklər.

- Faiz ödənişləri dollarla həyata keçiriləcək. Ödənilən faizlərin banklardan çıxarılması ilə bağlı hər hansı problem yaranmayacaq ki? 

- Bununla əlaqədar olaraq biz kommersiya bankları ilə görüşlər keçirmişik. İstiqraz sahibləri ilk kupon ödənişlərində və bundan sonrakı ödənişlərdə banklardan çəkiləcək pullarla bağlı heç bir çətinliklə üzləşməyəcək və istədikləri vaxt gələn pulu nağda çevirə biləcəklər.

- Faiz ödənişinin bank hesabından nağd şəkildə çıxarılmasına görə hər hansı vergi tutula bilərmi?

- Yeni qanunvericiliyə əsasən, fiziki şəxslər gələn pulları, yəni gələn kupon faizlərini nağdlaşdırmaq üçün hər hansı bir vergi ödəməyəcəklər.

- SOCAR İstiqrazları ilə bağlı təkrar bazarda aktivlik necədir? İnvestorlar istiqrazlara nə qədər maraq göstərirlər?

- İstiqrazların təkrar bazarının başlanmasından keçən 3 ay ərzində birjada SOCAR İstiqrazlarının çox intensiv şəkildə alqı-satqısı baş verib və deyə bilərəm ki, bu aktivlik birjada mövcud olan digər istiqrazlarla müqayisədə 10-15 dəfə daha çox olub. 

Son 3 ayda istiqrazlara, xüsusən, fiziki şəxslərin marağı olduqca artıb. SOCAR İstiqrazları ilə çox sayda xarici investorlar da maraqlanır və bəzi xarici investorlar bu istiqrazları alıblar. İstiqrazları almaq niyyətində olan digər xarici investorlar da yaxın zamanda SOCAR İstiqrazları üçün müraciət edəcəklər. 

- SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində neçə dəfə faiz ödənişi ediləcək və faiz ödənişləri nə vaxt baş tutacaq?

- SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində 4 dəfə faiz gəliri ödəniləcək. İlk ödəniş 17 yanvar tarixindədir. İkinci kupon ödənişi 17 aprel, 3-cü kupon ödənişi 17 iyul və bu ilin axırıncı kupon ödənişi isə 17 oktyabrda baş tutacaq.


25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.