İstilik enerjisi ilə işləyən ilk tranzistor

İstilik enerjisi ilə işləyən ilk tranzistor
02 2017 17:57

İsveçin Linçopinq Universitetinin alimi Ksavye Krispinin rəhbərlik etdiyi fiziklər qrupu istilik enerjisi ilə işləyən ilk tranzistor yaradıb.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, yeni cihazda informasiya daşıyıcısı funksiyasını elektrik siqnalı deyil, istilik axınları yerinə yetirir.

K.Krispin bildirib ki, ötən il onun komandası tərəfindən son dərəcə maraqlı termoelektrik xüsusiyyətlərə malik qeyri-adi üzvi polimer kəşf edilib. Polimerin mənfi enerji ilə yüklənmiş zəncirləri temperatur dəyişikliyinə çox zəif reaksiya verir. Nəticədə onun şaxtaya və istiliyə güclü reaksiya verən, müsbət ionlarla doldurulmuş qarışığı termokondensatora çevrilir.

Alimlər bu maddələr kombinasiyasını kəşf etməklə onun informasiya daşıyıcısı qismində istilikdən istifadə edən daha mürəkkəb qurğuların yaradılmasında tətbiqi məsələsini öyrəniblər. Hibrid elektron-istilik tranzistorunun yaradılması bu səylərin nəticəsi olub.

Diqqətə çatdırılıb ki, alimlər tərəfindən hazırlanmış polimer istiliyə qarşı çox həssasdır. Bu isə istiliyə əsaslanan tranzistorların tibbi cihazlar, infraqırmızı kameralar üçün “ağıllı piksellər” qismində tətbiqinə imkan verir.


24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat

13 Yan 2023
Maraqlı

Yerə bənzər planet kəşf edildi - FOTO

“James Webb” kosmik teleskopu özünün ilk ekzoplanetini kəşf edib.

12 Yan 2023
Maraqlı

Yüksək təzyiq zamanı xalq təbabəti

Yüksək təzyiq son illərin ən çox geniş yayılan xəstəliklərindən sayılır. 

4 Yan 2023
Maraqlı

Güclü meteor yağışı olacaq: 110-a qədər “ulduz axacaq” - FOTO

Kvadrantida meteor axının fəaliyyəti yanvarın 4-ü, çərşənbə gecəsi pik həddə çatacaq. Lakin Aydan gələn işıq səbəbindən onun gecə səmasında tam şəkildə müşahidəsi mümkün olmayacaq.