İstedadlı şagirdlərin üzə çıxarılması üçün şans

İstedadlı şagirdlərin üzə çıxarılması üçün şans
06 2017 10:58

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsinə start verilib.

İdarədən Trend-ə verilən məlumata görə, layihənin məqsədi şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdan ibarətdir.

Layihə çərçivəsində hər təqvim ayı məktəblərə ekoloji istiqamətdə bir mövzu təqdim olunacaq. Bakı şəhəri üzrə 12 inzibati rayonun hər birində məktəblilər tərəfindən müvafiq mövzu ətrafında araşdırma aparılması, müxtəlif layihələrin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Aylıq mövzunun reallaşdırılmasında təhsil müəssisələrinə sərbəstlik verilib.

Hər ayın yekunlarına görə, “Ayın ən qənaətcil məktəbi”, “Ayın mədəniyyət və tarix məktəbi”, “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası”, “Ayın tədqiqatçı bioloqlar məktəbi”, “Ayın ən sağlam məktəbi”, “Ayın ən təmiz məktəbi” nominasiyaları üzrə qaliblər müəyyənləşdiriləcək.

Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə həyata keçirilən 25 yeni layihədən biri də “Ekoloji aylıqlar” layihəsidir.


9 İyun 2023
Dünya

Türkiyədə kitabxanaların sayı 50 minə çatıb

Türkiyədə 2022-ci ildə kitabxanaların sayı 43,4% artaraq, 49 min 537-ə çatıb.

9 İyun 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

9 İyun 2023
Dünya

Peruda “denge” virusundan ölənlərin sayı kəskin artır

Peruda ilin əvvəlindən bəri ölkədə “denge” qızdırmasından 201 nəfər həyatını itirib.

9 İyun 2023
Dünya

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 1-7 iyun tarixləri üçün hesabatı dərc olunub.

9 İyun 2023
Dünya

Yaponiyada 200 mindən çox insana təxliyə tövsiyəsi verilib

Yaponiyada 200 mindən çox insana təxliyə tövsiyəsi verilib