İstanbulda terror hadisəsi nəticəsində dünyasını dəyişən əslən azərbaycanlı olan Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi yanvarın 2-də gecə saatlarında Bakıya göndərilib.
REALPRESS.Az xəbər verir ki, bu barədə "Report"un Türkiyə bürosuna Rusiyanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.
Bildirilib ki, N.Həsənovanın cənazəsi Azərbaycana İstanbul valiliyinin ayırdığı xüsusi təyyarə vasitəsilə yola salınıb: "Onun ailəsi də cənazə ilə bərabər Bakıya gedib".
Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin İstanbul şəhər şöbəsindən "Report"un Türkiyə bürosuna verilən məlumata görə, N.Həsənovanın cənazəsi dayısı tərəfindən götürülüb.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leonenin vitse-prezidenti Məhəmməd Culdeh Calloh ilə görüşüb.
Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclası keçirilir.
Azərbaycanda idarəetmə sahəsində aparılan islahatlar gənc və perspektivli kadrların təyinatlarında da özünü göstərir.