İstanbulda klubda qətliam törədən terrorçunun – FOTOLARI

İstanbulda klubda qətliam törədən terrorçunun – FOTOLARI
03 2017 10:33

İstanbul şəhərinin Ortaköy rayonunda yerləşən “Reina” gecə klubunda Yeni il axşamı terror aktı törədən şəxsin görüntüləri yayılıb.

REALPRESS.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsinin əməkdaşları təhlükəsizlik kameralarından terrorçunun görüntüsünü əldə ediblər.

Videoda onun hadisə yerindən taksiyə minərək uzaqlaşdığı və daha sonra avtomobildən düşdüyü görünür.

Taksi sürücüsü ilə mübahisə edən terrorçunun başqa bir taksiyə minərək qaçdığı an kameralara həkk olunub.

Qeyd edək ki, “Reina”da törədilən terakt nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.


15 İyul 2025
Dünya

EYOF-da Azərbaycanı 8 taekvondoçu təmsil edəcək

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 8 taekvondoçu təmsil edəcək.

15 İyul 2025
Dünya

İspaniyalı futbolçu Niderland çempionatında çıxış edəcək

Niderland təmsilçisi "Ayaks" İspaniyanın "Valyadolid" klubunun yarımmüdafiəçisi Raul Moronu sıralarına cəlb edib.

15 İyul 2025
Dünya

Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb

Ukrayna Radası ölkədə ümumi səfərbərliyin avqustun 7-dən etibarən 90 gün müddətinə uzadılmasına səs verib.

15 İyul 2025
Dünya

İsrail Livanın şimal-şərqində "Hizbullah"ın obyektlərinə zərbələr endirir

İsrail Müdafiə Ordusu Livanın şimal-şərqində Bekaa vadisində "Hizbullah" qruplaşmasının obyektlərinə zərbələr endirir.

15 İyul 2025
Dünya

İraqda neft yatağında partlayış olub

İraqda neft yatağında partlayış baş verib.