İstanbulda “Atatürk” adına hava limanına eniş etməyə hazırlaşan iki təyyarəni ildırım vurub.
REALPRESS.Az Report-a istinadən xəbər verir ki, hazırda şəhərdə leysan yağışlar davam edir.
İldırım birinci təyyarənin gövdəsini vurub və dispetçerlər bu barədə ikinci təyyarənin pilotlarına məlumat veriblər. Buna baxmayaraq, ikinci hava gəmisi də ildırım vurmasından yayına bilməyib.
Sonda hər iki təyyarə uğurla eniş edə bilib. Zərərçəkənlər və ya təyyarələrə dəyən ziyan barədə məlumat yoxdur.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.
Hava şəraitinin əlverişsiz olması ilə əlaqədar Moskva aeroportlarında 54 təyyarə reysi gecikib və ya ləğv edilib.
Dünya bazarında neft qiymətləri aşağı düşüb.