İstanbulda Bosfor boğazından keçən “Avrasiya” tunelinin açılış mərasimi keçirilir.
Trend-in məlumatına görə, açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, eləcə də Türkiyə və digər dövlətlərin rəsmi şəxsləri iştirak edir.
Qeyd edək ki, layihənin dəyəri 1,3 milyard dollar təşkil edir. Tunelin ümumi uzunluğu
5,4 kilometr, sualtı hissənin uzunluğu isə 3,34 kilometrdir. Tunelin ən dərində yerləşən hissəsi dəniz səviyyəsindən 106,4 metrdə inşa edilib.
Tuneldən gün ərzində 120 min avtomobilin keçəcəyi gözlənilir.
Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub.
2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 4,5 milyon ton xam neft ixrac edilib.
2021-ci ilin I rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub.