İspaniyanın ən varlı adamı, “İnditex” tekstil imperiyasının maqnatı Amansio Orteqa ölkəsində fəaliyyət göstərən onkoloji mərkəzlərə 320 milyon avro köçürüb. Bu vəsait onkoloji mərkəzlərin avadanlıqlarının yenilənməsinə sərf olunacaq.
Bütün İspaniya ərazisindəki mərkəz və hospitallara rəqəmsal mammoqrafiya, tomosintez, daha dəqiq diaqnozlar qoya biləcək 290 avadanlıq, həmçinin həkim alətləri və dərmanlar alınacaq. Yeni dərmanlar xəstələrin orqanizmində birbaşa xəstəliklə mübarizə aparmaqla yanaşı, daha az əks təsir yaradacaq. Xəstələrin diaqnostikası da bu avadanlıqlard vasitəsilə pulsuz həyata keçiriləcək.
2015-ci ildə Amansio Orteqa Fondu İspaniyanın Qalisiya vilayətinin səhiyyə idarəsinə 17 milyon, 2016-cı ildə isə Əndəlis vilayəti üçün 40 milyon avro vəsait ianə edib. Hər iki ianə yenə də onkoloji xəstəliklərlə müalicəyə sərf olunub.
Amansio Orteqa həm də dünya şöhrətli “Zara” brendinin sahibidir.
Mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayru Fransanın yeni Baş naziri təyin edilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
İsrail ordusunun Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Livanın cənubundakı Əl-Xiyam yaşayış məntəqəsinə hücumu nəticəsində bir neçə nəfər yaralanıb.