İsmayıllıdakı partlayışın təfərrüatı məlum oldu

İsmayıllıdakı partlayışın təfərrüatı məlum oldu
11 2017 12:11

Hadisə zamanı bazarda heç kim olmadığı üçün daha böyük faciə baş verməyib və insan tələfatı olmayıb

 

Ötən gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarda yerləşən çayxanada törədilən partlayış əl qumbarasının işə salınması nəticəsində baş verib.
İki nəfərin yaralandığı partlayışın bəzi təfərrüatları məlum olub. İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun bazar ərazisinə hərbi təlim qumbarası gətirib, oradakı insanlara hədə-qorxu gəldiyi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarından ibarət əməliyyat qrupu əraziyə gedib və üzərində partlayıcı qurğu olan şəxsi zərərsizləşdirməyə çalışıb. Polis əməkdaşları Zakir Kazımova yaxınlaşan zaman o, əlindəki qumbaranı çayxananın qarşısında yük arabasının altına ataraq qaçıb. Əl qumbarası böyük partlayışa səbəb olub, geyim mağazalarının və çayxananın şüşələri sınıb.
Hadisə zamanı bazarda heç kim olmadığı üçün daha böyük faciə baş verməyib və insan tələfatı olmayıb. Çayxanada olan 3 nəfərdən ikisi - rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini, 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisəni törədən Zakir Kazımovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. O, saxlanılaraq istintaqa təhvil verilib. 
Hazırda onun əl qumbarasını haradan alması və bazara nə üçün gətirməsinin səbəbi araşdırılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.