IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək.
REALPRESS.Az Report-a istinadən xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə tərəfdaşlığa dair sazişin imzalanma mərasimində deyib.
O bildirib ki, iştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri ödəyəcəklər: “Bir neçə ölkənin müəyyən dəstəyə ehtiyacı yarana bilər. Bunu isə beynəlxalq donor qurumlar ödəyəcəklər. Azərbaycan tərəfinin heç bir məsuliyyəti olmayacaq”.
AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə deyib ki, anlaşmaya əsasən, iştirakçı ölkələr AZAL-ın bütün infrastrukturundan istifadə edə biləcəklər.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək.
Yunan-Roma, sərbəst və qadın güləşi üzrə millilərimiz Göygöldə təlim-məşq toplanışını davam etdirir.
2021-ci ildə kikboksinq üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə seçiminin son mərhələsi yaxınlaşıb.
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə Avropa çempionatının ikinci yarış günündə daha iki idmançımız mübarizəyə qatılacaq.