İslamiadanın açılış və bağlanış mərasimləri üçün biletlərin qiyməti açıqlanıb

İslamiadanın açılış və bağlanış mərasimləri üçün biletlərin qiyməti açıqlanıb
19 2017 22:16

Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılıb.

Realpress.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakıda bilet satışı ilə bağlı təşkil olunan tədbirdə IV İslam Həmrəyliyi Oyunların ilə bağlı videoçarx nümayiş etdirilib, mötəbər yarışın tarixi, həmçinin “Bakı-2017” çərçivəsində təşkil olunacaq idman yarışları barədə ətraflı məlumat verilib.

“Bakı-2017”nin ulduz səfirləri Tünzalə Ağayeva və Hacı Nuran, idmançı səfirlər - ikiqat Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev və taekvandoçu Fəridə Əzizova ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, Azərbaycan yüksək təşkilatçılıq bacarığı ilə digər dövlətlərə nümunə göstərilir. Respublikamız növbəti möhtəşəm yarışa ev sahibliyi etməyə hazırlaşır. Cari ilin mayında bütün dünyanın idman nəbzi Azərbaycanda atacaq. Mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Dünyanın 55 ölkəsindən atletlərin qatılacağı yarış da yüksək təşkilatçılığı ilə fərqlənəcək.

Səfirlər azarkeşləri bilet almağa, həmçinin milli komandalarımıza azarkeşlik etməkdə fəal olmağa çağırıblar. Daha sonra “Bakı-2017”nin talismanları – “Cəsur” və “İncə” tədbir iştirakçılarını salamlayıb və onlarla xatirə şəkli çəkdiriblər.

“Bakı-2017”nin bilet əməliyyatları şöbəsinin rəhbəri Miryam Boqotaj 500 min biletin satışa çıxarıldığını nəzərə çatdırıb. Diqqətə çatdırıb ki, idman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılan 12 satış məntəqəsindən əldə edə bilərlər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri “Park Bulvar”, “Gənclik” və “28 Mall”dur. Bununla yanaşı, Oyunların keçiriləcəyi 16 idman obyektində də satış köşkləri fəaliyyət göstərəcək.

Bütün 190 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manat arasında dəyişir. On altı yaşadək olan şəxslər 13 idman arenasında keçiriləcək sessiyalar üçün güzəştli biletlərdən yararlanacaqlar. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq. Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış üçün isə 10-100 manat olacaq.


20 İyul 2024
İdman

Azərbaycan 2024-cü il Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb

Daha üç azərbaycanlı idmançı 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

15 İyul 2024
İdman

Azərbaycan gimnastları Portuqaliyada səkkiz medal qazanıblar

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə "Scalabis Cup" adlı beynəlxalq yarışda 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

12 İyul 2024
İdman

Yığmamız Portuqaliyaya qarşı

Bu gün 20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda mübarizəyə start veriləcək.

11 İyul 2024
İdman

Azərbaycan millisi qrupdakı son matçında da qələbə qazanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib.

11 İyul 2024
İdman

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın yeniyetmə stolüstü tennisçilərdən ibarət millisi növbəti Avropa çempionatında mübarizə aparacaq.