İslam Oyunları ilə bağlı imtahanların vaxtı dəyişdiriləcək

İslam Oyunları ilə bağlı imtahanların vaxtı dəyişdiriləcək
09 Dek 2016 15:24

Gələn il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar imtahanların vaxtında dəyişikliklər ediləcək. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

M.Abbaszadə deyib ki, bu məsələ hazırda müzakirə olunur və sonda vəziyyəti nəzərə alaraq müvafiq qərar veriləcək: 

“May ayında Bakıda müəyyən imtahanlar, hətta sınaq imtahanları keçirilməyəcək. İslam Həmrəyliyi Oyunları ilə əlaqədar may ayında Bakıda sınaq imtahanı keçirə bilməyəcəyik. Magistratura və rezidenturanın II mərhələsi ilə bağlı imtahanların vaxtı da müzakirə olunur. Məktəblərdə dərslər iyunun 14-də başa çatacağı üçün buraxılış imtahanları da həmin vaxtdan sonra təşkil olunacaq".

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri qeyd edib ki, imtahanların cədvəli tam təsdiqlənəndən sonra yanvarda ictimaiyyətə açıqlanacaq. 


12 May 2025
Cəmiyyət

Ötən həftə 1315,7 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə mayın 5-dən 11-nə qədər 32 tank əleyhinə mina, 45 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

12 May 2025
Cəmiyyət

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

12 May 2025
Cəmiyyət

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək.

12 May 2025
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

12 May 2025
Cəmiyyət

Son aylarda Azərbaycanda qızılca xəstəliyinə tək-tək hallarda rast gəlinir - RƏSMİ

Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.