İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə SOCAR arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə SOCAR arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
11 2017 14:20

IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi yeni tərəfdaşla müqavilə bağlayıb. Oyunların Əməliyyat Komitəsindən “Report”a verilən məlumata görə, bu, SOCAR şirkətidir.

SOCAR və BP şirkətləri, Oyunların rəsmi neft və qaz tərəfdaşları olaraq, Azərbaycanda idman potensialının inkişafına dəstək olmaq və gənclərin sağlam gələcəyinə töhfə vermək niyyətindədir.

Son illər Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində beynəlxalq idman qurumları tərəfindən ölkədə bir sıra nüfuzlu idman tədbirlərinin keçirilməsinə qərar verilib. Futbol üzrə 2020-ci il Avropa çempionatının 1/4 final görüşü və qrup oyunlarının Bakıda keçirilməsi planlaşdırılır. Eyni zamanda, 2019-cu il Çempionlar Liqasının final oyununun ev sahibliyini edəcək iki namizəd şəhərdən biri Bakıdır.

Qeyd edək ki, ötən müddət ərzində bir sıra yerli və xarici şirkətlərlə Oyunların Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında sazişlər imzalanıb. AZAL, BP və “Microplus” İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı siyahısındadır. Eyni zamanda, “Fresco”, “ITicket.AZ”, “Milla” və “RedBull” şirkətləri də rəsmi dəstəkçilər arasında yer alırlar. Tezliklə yeni tərəfdaşların da sıralara qoşulması planlaşdırılır.


20 İyul 2024
İdman

Azərbaycan 2024-cü il Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb

Daha üç azərbaycanlı idmançı 2024-cü ildə Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

15 İyul 2024
İdman

Azərbaycan gimnastları Portuqaliyada səkkiz medal qazanıblar

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə "Scalabis Cup" adlı beynəlxalq yarışda 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

12 İyul 2024
İdman

Yığmamız Portuqaliyaya qarşı

Bu gün 20 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının B divizionunda mübarizəyə start veriləcək.

11 İyul 2024
İdman

Azərbaycan millisi qrupdakı son matçında da qələbə qazanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib.

11 İyul 2024
İdman

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın yeniyetmə stolüstü tennisçilərdən ibarət millisi növbəti Avropa çempionatında mübarizə aparacaq.