Sabah Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yaradılan Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin imtahan mərhələsi keçiriləcək.
İdarədən Trend-ə verilən məlumata görə, imtahanda TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 175 nəfərin iştirakı nəzərdə tutulub.
İmtahan elektron formada aparılacaq. Suallar təhsil qanunvericiliyi və ixtisasla bağlı mövzuları əhatə edəcək. Daha sonra imtahan iştirakçıları təqdim olunmuş mövzulardan birini seçərək esse yazacaqlar. İmtahandan müəyyən edilmiş balı toplayan şəxslər müsahibə mərhələsinə buraxılacaq.
Qeyd edək ki, Təlimə Dəstək Mərkəzində metodist (mentor) kimi çalışmaq arzusunda olanlar üçün sənəd qəbulu 2-28 dekabr 2016-cı il tarixlərində keçirilib.
Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.
Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verəcək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərəcək.
Mərkəzdə Təlimin təşkili və idarəetmə, Tədrisin idarə olunması, Təhsilalanlarla işin təşkili və idarə olunması, Fənn kurikulumlarının tətbiqinə nəzarət, E-resurs bölmələri fəaliyyət göstərəcək.
Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Tokioda keçirilən görüşdə “Microsoft”un qurucusu Bill Geytsə birinci dərəcəli “Doğan Günəş” ordenini təqdim edib. O, inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərinin gücləndirilməsinə kömək etdiyinə görə bu mükafata layiq görülüb.
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışları başa çatıb.