İrlandiyada şüa terapiyasının səmərəsini artırmaq üsulu tapılıb

İrlandiyada şüa terapiyasının səmərəsini artırmaq üsulu tapılıb
21 2017 15:42

İrlandiyalı alimlər onkoloji xəstəliklər zamanı şüa terapiyasının səmərəsinin artırılması metodikasını işləyib hazırlayıblar. AZƏRTAC TASS agentliyinə istinadla bildirib ki, bu barədə material “Oncotarget” beynəlxalq jurnalında dərc edilib.

İrlandiyanın ən qədim universiteti olan Dublin Triniti-Kollecin (TCD) tibb fakültəsinin mütəxəssisləri xəstələrin qida borusunda xərçəng gövdə hüceyrələrini aşkar etmək və onları təcrid etmək yollarını öyrəniblər. Bu hüceyrələr bədxassəli şişlərin sürətlə yayılmasına və bütün orqanizmdə metastaza səbəb olur.

Tədqiqat hələ erkən mərhələdə olsa da, TCD-nin mütəxəssisləri hesab edirlər ki, bu araşdırma ən təhlükəli xərçəng hüceyrələrini aşkar edib onlara nöqtəvi şəkildə radioaktiv hissəciklərlə təsir göstərərək terapiyanın səmərəsini əhəmiyyətli dərəcədə artıra bilər. Bu fərziyyə siçanlar üzərində aparılmış təcrübələrdə təsdiqlənib. Belə aqressiv hissəciklər kəsilib götürüldükdə şişin yayılması dayanır və həkimlər xəstəliyin öhdəsindən xeyli asanlıqla gələ bilir.

Həkimlər xəbərdarlıq edirlər ki, bu xəstəlik ilk mərhələlərdə demək olar ki, hiss edilmir və pasiyentlərin əksəriyyəti heç ağlına da gətirmir ki, onların orqanizmində təhlükəli xəstəlik inkişaf etməyə başlayıb.


14 Fev 2025
Cəmiyyət

Azərbaycanın güllə atıcısı: "Avropa çempionatında medal qazanmaq üçün sona qədər mübarizə apardıq"

Komanda şəklində əsas məqsədimiz Estoniyada keçirilən Avropa çempionatında medal qazanmaq idi və bunun üçün sona qədər mübarizə apardıq.

14 Fev 2025
Cəmiyyət

Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fevralın 14-də Yevlax və Mingəçevir şəhər sakinlərini qəbul edib.

14 Fev 2025
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb - 15.02.2025

Azərbaycan ərazisində fevralın 15-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

14 Fev 2025
Cəmiyyət

Pirşağıda həyətdən sursat tapılıb

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində həyətdən sursat tapılıb.

14 Fev 2025
Cəmiyyət

Bu yolun bir hissəsi yenidən quruldu - FOTO - VİDEO

Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.