İran ilə Azərbaycanın iqtisadi əlaqələrinin inkişafı üçün böyük potensial var

İran ilə Azərbaycanın iqtisadi əlaqələrinin inkişafı üçün böyük potensial var
07 2017 10:48

İran ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olması iqtisadi əlaqələrin daha da inkişafına zəmin yaradır. İqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin böyük potensialı var.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də İrana rəsmi səfərindən danışan B.Qasemi bildirib ki, hər iki ölkənin prezidenti səmimi dostluq əlaqəsi saxlayaraq xalqların dostluq və qardaşlıq şəraitində yaşamasına nail olublar. Səfər çərçivəsində imzalanan sənədlərə toxunan mətbuat katibi qeyd edib ki, dəmir yollarının birləşdirilməsi və maliyyə sahəsində əməkdaşlıq hər iki dövlətin milli maraqlarına xidmət edəcək. İran ilə Azərbaycanın iqtisadi sahədə yaxın əməkdaşlığının nəticəsidir ki, dövlətlər arasındakı ticarət dövriyyəsinin həcmi 70 faiz artıb. Lakin ticarət dövriyyəsini daha da artırmaq mümkündür. Bunun üçün iş adamları da qarşılıqlı investisiya yatırımına diqqət ayırmalıdırlar.

B.Qasemi deyib: “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi son dərəcə önəmli iqtisadi layihədir. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsi və gələcəkdə bu yolun Qəzvin-Rəşt xəttinə birləşdirilməsi hər iki ölkənin idxal-ixrac əməliyyatlarının artmasına səbəb olacaq. Bu yol vasitəsilə yüklərin daşınması ilə bağlı bir çox problemləri həll edəcəyik. Biz Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edə bilərik. Həmçinin bu layihənin Hindistandan Avropaya qədər uzadılması yeni fürsətlərin yaranmasına və iqtisadi-ticarət əlaqələrinin davamlı inkişafına kömək edəcək.


25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.

25 Apr 2024
Siyasət

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.

25 Apr 2024
Siyasət

Sabahın hava PROQNOZU

Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.