İran-Azərbaycan-Rusiya formatında əməkdaşlıq böyük perspektivlər vəd edir

İran-Azərbaycan-Rusiya formatında əməkdaşlıq böyük perspektivlər vəd edir
06 2017 17:49

Azərbaycan Prezidentinin İrana rəsmi səfərindən bir ay ötməsinə baxmayaraq, bəzi KİV-lər səfərin əhəmiyyəti haqqında hələ də yazılar dərc edirlər.

“Mehr” xəbər agentliyinin yaydığı məlumatda Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Həsən Ruhaninin görüşündə İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Türkiyə və İran-Azərbaycan-Gürcüstan formatlarında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı aparılan müzakirələrə geniş yer verilir.

Yaxın Şərq regionunda baş verən hadisələri və Azərbaycanın bu regiona yaxın coğrafiyada yerləşməsini nəzərə alaraq İran-Azərbaycan-Rusiya formatında əməkdaşlığın əhəmiyyətli olduğunu görərik.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin təşəbbüsləri dünya dövlətləri tərəfindən bəyənilərək dəstəklənir. Cari ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi Prezident İlham Əliyevin qlobal səviyyədə sülhə və həmrəyliyə verdiyi dəyərin göstəricisidir. Azərbaycanın İslam həmrəyliyinə önəm verməsi İslam Respublikası olan İranın nəzərindən yayınmayıb. İranın bir sıra tanınmış din xadimləri və diplomatları Azərbaycan Prezidentinin bu təşəbbüsünün mütərəqqi və sülhpərvər xarakter daşıdığını vurğulayıblar. Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanların dinc və mehriban şəraitdə yaşaması üçün dövlət tərəfindən yaradılan şərait və multikulturalızmın inkişaf etdirilməsi yüksək qiymətləndirilir. Məhz elə bu amillər də İranın Azərbaycan vasitəsilə Rusiya, Türkiyə və Gürcüstanla əlaqələrini genişləndirmək ideyasının yaranmasına təkan verib. Eyni zamanda, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü göstərib.

Beləliklə, indiki mərhələdə İran-Azərbaycan-Rusiya formatında əlaqələrin inkişaf etdirilməsi daha əhəmiyyətli və daha vacibdir. Dünyanı bürümüş qlobal iqtisadi böhran fonunda bu formatda əməkdaşlığın faydalı perspektivləri var.

İqtisadi baxımdan qeyd olunan formatda dövlətlərin yaxınlaşması bir çox problemlərin həllinə yol açır. Hər üç dövləti birləşdirən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması yalnız iqtisadi deyil, həm də siyası dividendlər qazandırmaq imkanına malikdir. Fars körfəzi ilə Rusiyanı birləşdirən bir layihə yalnız iqtisadi inkişaf vəd edir ki, buna da hər üç dövlətin ehtiyacı var. Hindistan və Körfəz ölkələrindən yüklər Azərbaycan və Rusiya vasitəsilə Qərbi Avropaya daşınacaq. Tranzit gəlirlərlə yanaşı, ixrac potensialına sahib olan Rusiya öz mallarını hər iki istiqamətə - Avropaya və Asiyaya daşımaq imkanı qazanacaq.

Prezident İlham Əliyevin Azərbaycanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşmaq fikri və Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin çəkilməsinə göstəriş verərək bu yolun Qəzvin-Rəşt dəmir yoluna birləşməsinə çalışması təsadüfi xarakter daşımır.

Son illər dünya bazarında xam neftin qiymətinin aşağı düşməsi neft ixracatçılarını ciddi düşünməyə vadar edib. Azərbaycan neftdən asılılıqdan yaxa qurtarmağa çalışır və Prezident bu istiqamətdə böyük iqtisadi islahatlara başlayıb. Sahibkarlığın inkişafına ayrılan subsidiyalar, logistika mərkəzlərinin yaradılması, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün Prezidentin sərəncamları, yerli istehsalı artırmaq məqsədilə iş adamlarına dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, gömrük sisteminin sadələşdirilməsi və başqa işlərin həyata keçirilməsi yaxın illərdə Azərbaycanın ixrac potensialına çox müsbət təsir göstərəcək. Belə olan halda, Azərbaycan öz mallarını ixrac etmək üçün yollar axtarmaq məcburiyyətində qalmayacaq.

İrana gəlincə isə qeyd etmək lazımdır ki, 2015-ci ildə Qərbin sanksiyaları aradan qaldırıldı və bu ölkə dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolunu tutdu. İran böyük neft və qaz ixrac etmək potensialına malikdir. Avropa ilə enerji sahəsində əməkdaşlıq edərək neft və neft məhsullarını ixrac etmək istəyir. Rəsmi Tehranın yüklərini Azərbaycan üzərindən daşıması da təsadüfi deyil. Ölkəmizin iqtisadi inkişafı və siyasi sabitliyi cəlbedicidir. Bundan başqa, Azərbaycanın Rusiya ilə münasibətlərinin yüksək səviyyədə olması İran üçün əhəmiyyətlidir.

Aydın məsələdir ki, dövlətlər arasındakı siyası əlaqələrin əsasını iqtisadi əməkdaşlıq təşkil edir. Qeyd olunan hər 3 ölkənin iqtisadi əlaqələri siyasi münasibətlərin də inkişafını şərtləndirir.

İran-Azərbaycan-Rusiya formatındakı siyasi əməkdaşlıq isə ilk növbədə beynəlxalq terrorçuluğa qarşı yönələcək. Bu ölkələr terrordan əziyyət çəksələr də, ona qarşı tədbirləri də müvəffəqiyyətlə həyata keçirirlər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da siyasi əlaqələrin yüksələn xətlə inkişafına təkan verəcək. İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması bir fakt kimi ortadadır. Lakin rəsmi Bakı işğal fakti ilə barışmaq niyyətində deyil. Ötən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Prezidentinin siyasəti praqmatikdir. Yəni, bu siyasətin nəticəsidir ki, beynəlxalq aləm artıq əvvəlki kimi Ermənistana dəstək vermir.

Regionun qüdrətli dövlətləri olan İran və Rusiya ilə yaxın əlaqələrin qurulması isə gələcəkdə Dağlıq Qarabağın işğaldan azad edilməsində əhəmiyyətli olacaq. Dolayısı ilə hər iki dövlət iqtisadi dividendlərini və siyasi təhlükəsizlik məsələlərini Ermənistanın mənasız ambisiyalarına qurban verməyəcəklər.

Beləliklə, bu formatda artıq konkret addım atılıb. Ötən ilin avqustunda hər 3 ölkənin prezidentləri Bakıda görüşüb geniş müzakirə aparıblar.

Cari ilin avqustunda da Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda bir araya gələcəkləri gözlənilir.


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.