İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Balakən rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fond dekabrın 2-də Balakən rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
Taxılçılıq, intensiv bağçılıq, tütünçülük və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.