İqtisadiyyat Nazirliyində etik davranış qaydalarına nəzarət üzrə elektron portal yaradılıb

İqtisadiyyat Nazirliyində etik davranış qaydalarına nəzarət üzrə elektron portal yaradılıb
21 2017 11:09

İqtisadiyyat Nazirliyində "Etik davranış qaydalarına riayət edilməsinə nəzarət sistemi" (etikmb/) elektron portalı yaradılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, portalın yaradılmasında məqsəd əməkdaşların əmək, iqtisadi və sosial hüquqlarının qorunması, bu sahədə risklərin idarə edilməsi işlərinin tənzimlənməsi, əmək və icra intizamına əməl olunması vəziyyətinə nəzarətin müasir texnologiyaların tətbiqi ilə təkmilləşdirilməsidir.

Elektron portal nazirlik əməkdaşlarının əmək və icra intizamına əməl etmələrinə nəzarəti asanlaşdırmaqla, intizam pozuntularının elektron məlumat bazasının yaradılmasına, mütəmadi təhlilinə və belə halların gələcəkdə təkrarlanmaması üçün preventiv tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.