İpoteka krediti almaq istəyənlərin NƏZƏRİNƏ

İpoteka krediti almaq istəyənlərin NƏZƏRİNƏ
27 Dek 2016 09:35

Azərbaycanda effektiv ipoteka bazarı yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması iqtisadi inkişafın dəstəklənməsinə, əhalinin yaşayış səviyyəsinin daha da yüksəlməsinə, iqtisadi canlanmaya və yeni iş yerlərinin açılmasına səbəb olacaq, o cümlədən ipoteka bazarının daha da inkişafına şərait yaradacaq. “Azərbaycan İpoteka Fondu” (AİF) ASC, “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) MMC və maliyyə sektorunda fəaliyyət göstərən müvafiq qurumlar tələb edilən dəyişikliklərin layihəsinin hazırlanmasında əməkdaşlıq edəcəklər.

Yol xəritəsində bildirilir ki, uyğun qiymətə mənzil təminatı layihəsinin benefisiarlarının ipoteka kreditlərindən istifadəsinə dövlət dəstəyinin və koordinasiyasının təmin edilməsi üçün AİF və “MİDA” MMC arasında sıx əməkdaşlıq qurulacaq. Uyğun qiymətə mənzil təminatı üçün nəzərdə tutulan ipoteka krediti məhsulları həmin mənzillərin qiymətini, ipoteka kreditinin maksimum məbləğini və ilkin ödənişin minimum məbləğini özündə əks etdirəcək. İpoteka kreditlərinin verilməsi üçün nəzərdə tutulan inzibati proseslər sistemin səmərəliliyinin təmin edilməsi üçün yenilənəcək.

Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycanda uyğun qiymətə mənzil təminatı bazarının inkişaf etdirilməsi üçün bu strateji yol xəritəsi əsasında fəaliyyət göstərəcək. Dövlət təşəbbüslərinin həyata keçirilməsi üçün nəzərdə tutulan mexanizmlərə torpaq sahələrinə təminatın verilməsi, tikinti işlərinin qiymət baxımından əlverişliliyinin təmin edilməsi, benefisiarların müəyyən edilməsi, tərəfdaşlıqların qurulması və ipoteka kreditlərinə çıxış imkanlarının artırılması daxil ediləcək.

Azərbaycanda ödənilməyən ipoteka kreditinin qeyri-neft sektoru üzrə ÜDM-də xüsusi çəkisi və əhalinin ipoteka kreditindən istifadə səviyyəsi digər ölkələrlə müqayisədə aşağıdır. Ona görə də ölkədə ailələrin müxtəlif gəlir səviyyələrinə uyğun kredit təklif edən ipoteka bazarının inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur.

İpoteka krediti alan şəxslərin gəlirlərini bölüşdürdükdə belə nəticəyə gəlmək olar ki, belə kreditləri alan ortagəlirli sakinlərin sayı azdır. Faktiki olaraq, ipoteka krediti alan şəxslərin 8 faizinin aylıq məvacibi 500 manatdan aşağıdır. İpoteka krediti alanlar arasında ən böyük qrup isə aylıq məvacibi 1100 manatdan yuxarı olanlardır.

Bakı şəhərində verilmiş ipoteka kreditinin maksimum məbləği 50 min manatdır. Digər rayonlarda isə bu rəqəm 27 min manat təşkil edib.

Azərbaycan vətəndaşlarına 2007-ci ildən etibarən təxminən 18 min ipoteka krediti verilib.

2017-ci ildə ipoteka bazarının inkişafı istiqamətində tədbirlər görülməsi üçün tələb olunan ilkin şərtlərin və qanunvericiliyə ediləcək dəyişikliklərin müəyyənləşdirilməsi, təsdiq üçün təqdim edilməsi və dəyişikliklərin dərc edilməsi nəzərdə tutulur. AİF müvafiq tərəfdaşların nümayəndələrindən (Mənzil İnşaatı Dövlət Agentliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Əmlak Məsələləri Dövlət Komitəsi, özəl banklar və digər müvafiq tərəflər) ibarət işçi qrupla birlikdə araşdırma apararaq ipoteka bazarının inkişafı üçün normativ hüquqi baza üzrə müvafiq dəyişikliklərlə bağlı təkliflər hazırlayacaq. Həmin təkliflərə daşınmaz əmlak girovunun likvidləşdirilməsi üçün hüquqi bazanın və qeydiyyat sisteminin gücləndirilməsi, mənzillərin daha yaxşı qiymətləndirilməsi üçün ipoteka və mənzil bazarının statistik məlumat bazasının yaradılması, kadastr sisteminin mərkəzləşdirilməsi və elektronlaşdırılması (bu layihə hazırda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməkdədir), kredit standartlarının müəyyən edilməsi, məlumatların idarə edilməsi üçün infrastrukturun yaradılması, ipoteka istiqrazlarının reytinqinin yüksəldilməsi və pensiya fondlarının inkişafına dəstək göstərilməsi daxil ediləcək.

Həmçinin gələn il AİF ilə Mənzil İnşaatı Dövlət Agentliyi arasında əməkdaşlığın və tərəfdaşlığın yaradılması üçün qanunvericilik bazası təkmilləşdiriləcək.

Eləcə də ipoteka kreditinin verilməsi qaydalarına “MİDA” MMC-nin benefisiarlarının seçilməsi ilə bağlı meyarlar daxil ediləcək. “MİDA” MMC və AİF Azərbaycanın ipoteka bazarının inkişafı məqsədilə vətəndaşların üç istiqamət üzrə (daşınmaz əmlakın dəyəri, faiz dərəcələri və inzibati proses) seçilməsi meyarlarını genişləndirmək imkanlarını birgə nəzərdən keçirəcəklər.

Effektiv ipoteka bazarının yaradılması, demək olar ki, “MİDA” MMC tərəfindən həyata keçirilən layihələrdə iştirak edən bütün benefisiarların ipoteka krediti sistemindən istifadə etməsinə şərait yaradacaq. Bunun 2020-ci ildə real ÜDM-ə təsirin təxminən 9 milyon manat olacağı proqnozlaşdırılır.

Bu prioritet üzrə tələb olunan investisiyanın həcmi 1.2-ci prioritet üzrə investisiya tələbində nəzərə alınıb.


14 Apr 2021
Cəmiyyət

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidin söküldüyü müəyyən edilib.

14 Apr 2021
Cəmiyyət

Neftçalanın sudan əziyyət çəkən kənd və qəsəbələrinə su xətləri çəkiləcək - FOTO

“Azərsu” ASC Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrində yeni layihənin icrasına başlayır.

14 Apr 2021
Cəmiyyət

“Yaşıl Marafon” çərçivəsində Qubadlıda ağacəkmə aksiyası keçirilib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Qubadlı rayonunda ağacəkmə aksiyası keçirilib.

14 Apr 2021
Cəmiyyət

Azərbaycanda peyvənd olunanların ümumi sayı AÇIQLANDI - FOTO

Bu gün Azərbaycanda vaksinasiya olunanların sayı 31 028 nəfər olub.

14 Apr 2021
Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI: 30-dan çox ölən var - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 293 yeni yoluxma faktı qeydə alınıb, 2 071 nəfər müalicə olunaraq sağalıb.