İordaniya Senatında Xocalı soyqırımı barədə danışılıb

İordaniya Senatında Xocalı soyqırımı barədə danışılıb
13 2017 08:46

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov fevralın 12-də bu ölkənin Senatında fəaliyyət göstərən İordaniya-Azərbaycan Qardaşlıq Komitəsində görüş keçirib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Nəriman Əliyevin iordaniyalı həmkarlarına ünvanladığı məktub qarşı tərəfə təqdim olunub. Məktubda İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin sədrinin və üzvlərinin seçilməsi münasibətilə təbrik ifadə olunub, parlamentlərarası münasibətlərin bundan sonra da dərinləşdirilməsi naminə fəaliyyətlərində uğurlar arzu edilib.

İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin sədri senator Mərvan Abdulhəlim ən-Nəmr əl-Hmud təbrik məktubuna görə şəxsən öz adından və Komitə üzvləri adından azərbaycanlı həmkarlarına minnətdarlıqlarını ifadə edib, dost ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi naminə bütün qüvvələrini sərf edəcəklərini bildirib.

Görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən razılıq ifadə edilib, bu əlaqələrin Prezident İlham Əliyev ilə Kral II Abdullah arasında şəxsi dostluq münasibətlərindən bəhrələndiyi vurğulanıb. Parlamentlərarası əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti, bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri, qanunverici orqanların nümayəndələrinin səfər mübadilələrinin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Səfir S.Ağabəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı cinayətləri, işğalçı ölkənin etnik təmizləmə siyasəti, münaqişə ilə bağlı son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri və həmin döyüşlər nəticəsində düşməndən azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlanılması barədə məlumat verib.

İyirmi beş il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətindən söhbət açan diplomat respublikamızın hazırda bu qanlı cinayətin ildönümünə hazırlaşdığı və yaxın günlərdə Əmmandakı səfirliyimizdə də Xocalı soyqırımı qurbanlarının anım mərasiminin keçiriləcəyini qeyd edib. Qardaşlıq Komitəsinin sədri və üzvləri həmin mərasimə dəvət olunublar.

Səfir S.Ağabəyov İordaniya Senatının Xocalı soyqırımının tanınması və qətiyyətlə pislənməsi barədə sənəd qəbul etdiyini məmnunluqla vurğulayaraq, bu addımın Azərbaycan xalqı və hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirib, Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı səfirliyin bəyanatını sədrə və Komitə üzvlərinə təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyi, cari il mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları barədə də qarşı tərəfə məlumat verilib.

Mərvan əl-Hmud verilən ətraflı məlumata görə təşəkkür edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı ölkəsinin birmənalı mövqeyinin heç zaman dəyişməyəcəyini vurğulayıb və Əmmandakı səfirliyimizdə keçiriləcək anım mərasimində Komitə üzvləri ilə birlikdə iştirak edəcəyini diqqətə çatdırıb.

Görüşdə ölkəmizin bu ölkədəki səfirliyinin müşaviri İ.Əliyev də iştirak edib.


13 İyun 2025
Siyasət

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

13 İyun 2025
Siyasət

Hikmət Hacıyev Çex Respublikasının rəsmiləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çex Respublikasının xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşüb.

13 İyun 2025
Siyasət

Prezidentin 1,5 milyon manat ayrıdığı yolların yenidən qurulmasına başlanıldı

Oğuz rayonu ərazisində bir sıra kəndləri respublika əhəmiyyətli avtomobil yolu ilə birləşdirən yolların yenidən qurulmasına başlanılıb.

13 İyun 2025
Siyasət

Zakir Həsənov İrana başsağlığı verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.

13 İyun 2025
Siyasət

Paytaxtda silah-sursat tapılıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.