İnvestorların Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə inamı getdikcə daha çox artır.
AZƏRTAC xəbər verir ki, OPEC və kartelə üzv olmayan digər ölkələrin neft hasilatını azaltması nəticəsində investorların “Layt” markalı neftin qiymətinin artan istiqamətdə davam edəcəyi ilə bağlı gözləntiləri artır.
“Bloomberg”in anketinə görə, OPEC üzrə ötən ay neft təklifi gündəlik 840 min barrel azalıb.
Qeyri-OPEC ölkəsi və ən böyük neft istehsalçısı olan Rusiya da ötən ay saziş üzrə gündəlik neft istehsalını 117 min barrel azaldıb. Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.
Neftin qiymətinin ötən yeddi həftədə 50 dollar/barrel səviyyəsindən yuxarıda olması isə investorların ABŞ-da şist nefti istehsalına daha çox maliyyə vəsaiti qoymalarına səbəb olub.
Xam neftin qiyməti OPEC və bəzi qeyri-OPEC ölkələrinin ötən il noyabrın sonlarında neft hasilatını azaltmaqla bağlı razılığa gəlməsindən indiyədək təxminən 19 faiz bahalaşıb.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.