İnternet xidmətlərinə görə ödənişin müddəti uzadıldı

İnternet xidmətlərinə görə ödənişin müddəti uzadıldı
06 2017 14:57

Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) “Bakinternet” provayderi internet xidmətlərinə görə öncədən ödənişin müddətini yanvarın 9-dək uzadıb.

İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu qərar ölkədə yanvarın 1-dən 4-dək bayram günlərinin olması ilə əlaqədar qəbul edilib.

Qeyd edək ki, ötən ilin noyabrından “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi internet və IP-TV xidmətləri üçün “öncədən ödəmə” sistemini tətbiq edib. Bu sistemin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alır və verilən xidmətdə fasilə yaranmır.

BTRİB xidmətlərinin dəyəri cari ay üçün həmin ayın 5-dən gec olmayaraq ödənilməlidir.


24 Mar 2023
Cəmiyyət

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

24 Mar 2023
Cəmiyyət

Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

24 Mar 2023
Cəmiyyət

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

24 Mar 2023
Cəmiyyət

Xankəndi yolunda sülhməramlılarla BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB + VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.