İnsanlar qan təzyiqinin yüksək olmasına əhəmiyyət verməməyə meyillidirlər

İnsanlar qan təzyiqinin yüksək olmasına əhəmiyyət verməməyə meyillidirlər
29 2017 13:45

Hazırda dünyada yaşlı əhalinin təqribən hər dörd nəfərindən birinin arterial təzyiqi daim yüksək olur. Bununla bərabər, həmin xəstəlik barədə diaqnoz qoyulması 50 faizdən də az halları əhatə edir. Aparılmış hesablamalara görə, 2025-ci ilə qədər planetimizin sakinlərinin 1,5 milyarddan çoxu qan təzyiqinin yüksək olması halları ilə üzləşəcək.

AZƏRTAC “Zdorovye” saytına istinadla bildirir ki, vaxtsız ölüm və əlillik riski faktorları arasında birinci yeri düzgün qidalanmama, ikinci yeri isə yüksək qan təzyiqi tutur. Risk faktorları arasında siqaret çəkməkdən və düzgün qidalanmadan sonra üçüncü yerdə hipertoniya dayanır. İnfarkt və insult hallarının təqribən yarısı bu vəziyyətlə bağlıdır.

Araşdırmalar göstərir ki, arterial təzyiqin cəmi 10 millimetr civə sütunu qədər azaldılması ürəyin işemiya xəstəliyi riskinin 17 faiz, insultun 27 faiz, ürək çatışmazlığının 28 faiz, ümumi ölüm göstəricilərinin 13 faiz azalmasına səbəb ola bilər. Qan təzyiqinin artmasının risk amillərinə insanın yaşı, cinsi (65 yaşa qədər insanlarda bu amil kişilərdə, 65 yaşdan sonra isə qadınlarda daha tez-tez rast gəlir), etnik mənsubiyyət, irsiyyət, duzdan və alkoqoldan ifrat istifadə edilməsi, piylənmə və fiziki fəallığın aşağı olması aiddir. Xüsusən yaşı 40-dan yuxarı olan insanlar bu məlumatları nəzərə almaqla, öz qan təzyiqini müntəzəm ölçməlidirlər.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.