İnsanlar fiziki alət olmadan kompüterə informasiya yükləyə biləcəklər – YENİ TEXNOLOGİYA

İnsanlar fiziki alət olmadan kompüterə informasiya yükləyə biləcəklər – YENİ TEXNOLOGİYA
28 2017 17:16

ABŞ-ın “Tesla” və “SpaceX” özəl şirkətlərinin yaradıcısı, məşhur ixtiraçı, iş adamı İlon Mask (Elon Musk) yeni şirkət təsis edib.

Oxu.Az-ın məlumatına görə, Lent.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, “Neuralink” adlanan yeni şirkət insan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya işləyib hazırlayacaq.

Belə ki, şirkət insan beynindəki məlumatları hesablayaraq onları rəqəmli daşıyıcılara yazmağa imkan verən texnologiya hazırlayır. “Neyron krujeva” adlanan texnologiya elektrodların beyinə implantasiyasını nəzərdə tutur. 

Bununla insanlar hər hansı fiziki alət olmadan birbaşa kompüterə informasiya yükləyə biləcəklər. “Neuralink”in rəhbərləri gələcəkdə bu metodun bəzi xəstəlikləri, o cümlədən epilepsiya və iflici müalicə etməyə imkan verəcəyini də düşünürlər.

Layihə ilkin mərhələdədir. Artıq yeni şirkətə elektronika və insan beyni sahəsində mütəxəssis olan əməkdaşların cəlb olunmasına başlanıb


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.