İnsanın davranışı onun niyyətinin göstəricisi deyil

İnsanın davranışı onun niyyətinin göstəricisi deyil
20 2017 08:48

Mançester Universitetinin alimlərinin yeni eksperimentləri göstərib ki, insanların davranış reaksiyalarına əsasən onların niyyətini müəyyən etmək olmaz.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, onların gəldiyi qənaətə görə, insanın davranışı onun niyyətini açıqlamır. Kişi və qadınların davranışı gözlənilməzdir, buna görə də onların necə hərəkət edəcəyini qabaqcadan bilmək olmur.

Əgər hər hansı bir fərd zərərsiz görünürsə, zahirən cəlbedicidirsə, bu, onun aqressiv olmadığının və cəmiyyət üçün təhlükə törətmədiyinin göstəricisi deyildir. Mütəxəssislərin fikrincə, insanların şəxsi keyfiyyətlərinin onların niyyətləri ilə üst-üstə düşməsini qanunauyğunluq kimi deyil, təsadüf kimi izah etmək olar.

Kişi və qadınların davranış reaksiyalarına onların əhatəsi və ünsiyyət çevrəsi təsir göstərir. Əgər insan ekstravert tipə aiddirsə, onun davranışını qabaqcadan müəyyən etmək qeyri-mümkündür.


10 Apr 2023
Maraqlı

Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

24 Yan 2023
Maraqlı

Reyhan

Reyhan haqqında ümumi məlumat

13 Yan 2023
Maraqlı

Yerə bənzər planet kəşf edildi - FOTO

“James Webb” kosmik teleskopu özünün ilk ekzoplanetini kəşf edib.