İnnovativ İKT ideyaları dəstəklənəcək

İnnovativ İKT ideyaları dəstəklənəcək
06 2017 12:01

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, iclasda növbəti qrant müsabiqəsinin elan edilməsi və digər müvafiq məsələlər müzakirə edilib.

İclasın gündəliyinə daxil olan istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb və qərarlar qəbul edilib. Fondun Müşahidə Şurasının sədri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə yeni qrant müsabiqəsinə innovativ və maraqlı layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu bildirib.

İclasda növbəti qrant müsabiqəsinin beş istiqamət üzrə – mütərəqqi proqram təminatının hazırlanması; innovativ İKT məhsulları nümunələrinin hazırlanması; innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması; müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması; İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı üzrə aparılması nəzərdə tutulur.

İclasda yeni qrant müsabiqəsinin 10 aprel 2017-ci il tarixdən elan edilməsi və layihələrin qəbul müddətinin iki ay müəyyənləşdirilməsi qərara alınıb.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.