Böyük Britaniya parlamenti kraliça II Elizabetin illik gəlirini artırmağa hazırlaşır.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, dünən parlamentin aşağı palatasında təsdiqlənən qanun layihəsinə görə, kraliçanın kral ailəsinə bağlı şirkətlərdən aldığı faiz payı 15 faizdən 25 faizədək artırılacaq. Bu təqdirdə kraliça Elizabetin illik gəliri 76 milyon funt sterlinqə çatacaq.
Qanun layihəsinə əsasən, kraliça artan gəliri ilə Bukingem sarayının 10 il çəkməsi və 360 milyon funt sterlinqə başa gəlməsi gözlənilən restavrasiyasında iştirak edəcək. Sarayda su və elektrik sistemi başda olmaqla, əsaslı yenidənqurma planlaşdırılır. Qanun layihəsi komissiyanın martın 2-də keçirilən iclasında lehinə 15, əleyhinə 2 səs olmaqla qəbul edilib.
Böyük Britaniya kraliçası II Elizabetin rəhbərlik etdiyi kral ailəsinin sərvəti ailəyə bağlı şirkətlər, daşınmaz əmlak, incəsənət kolleksiyaları və zinət əşyaları ilə birlikdə 20 milyard funt sterlinq təşkil edir. Təkcə Bukingem sarayının dəyərinin 2 milyard funt sterlinqdən yuxarı olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.