İngiltərə Bankı əsginaslar üçün palma yağından istifadə edə bilər

İngiltərə Bankı əsginaslar üçün palma yağından istifadə edə bilər
31 2017 15:51

İngiltərə Bankı 5 funtluq əsginaslarda heyvan mənşəli piylərin istifadəsi ilə bağlı tənqidlərdən sonra yeni pullarda palma yağından istifadə etməyi nəzərdən keçirir.

AZƏRTAC "bbc.com"a istinadla xəbər verir ki, dəyəri 20 funt olan yeni əsginas 2020-ci ildə dövriyyəyə daxil olmalıdır. Lakin onun hazırlanması pulun tərkibindəki maddələrə nəzarəti gücləndirmək üçün təxirə salınıb.

Yeni 5 funtluq əsginas buraxılarkən onun hazırlanması üçün heyvan mənşəli piylərin istifadəsi barədə ictimaiyyətə məlumat verilməmişdi. Britaniya əhalisinin əhəmiyyətli hissəsini hindu dini icmaları təşkil edir. Onların inanclarına görə, mal əti yemək, bəzi hallarda isə ona toxunmaq da qadağandır. Dini icmalarla yanaşı, heyvan piylərinin istifadəsi vegetarianların tənqidinə də tuş gəlib.

Qeyd edək ki, dəyəri 20 min olan 5 funtluq əsginasın yığışdırılmasına səsləyən petisiya 100 mindən artıq adamın dəstəyini qazanıb. İngiltərə Bankı "məsələyə tam ciddi" yanaşdığını bildirsə də, çağırışı rədd edib.

Palma yağının istifadəsi də ekoloqların etirazına səbəb ola bilər. Belə ki, palmaları əkmək üçün təbii meşəliklərin kəsilməsi halları tənqidlə qarşılanır. Hərçənd ki, qərar qəbul olunarsa, bank təmiz mənbələrdən istifadə edəcəyini bildirir.


25 Apr 2024
Dünya

Avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

25 Apr 2024
Dünya

Bayden üç ölkəyə hərbi yardım haqqında qanunu imzalayıb - VİDEO

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.

25 Apr 2024
Dünya

İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.