Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən yeni təlimlərə start verilir. Belə ki, informasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən şəxslər aprel ayından etibarən yeni təlimlərə qeydiyyatdan keçə bilərlər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qeydiyyatı aparılan texniki təlimlərə “Server sistemlərinin idarə edilməsi”, “Şəbəkə texnologiyaları inzibatçılığı” və “İnformasiya texnologiyaları texniklik” mövzuları daxildir və burada tələbələr veb-proqramlaşdırma və java-proqramlaşdırma dillərini yüksək səviyyədə öyrənəcəklər.
Təlimləri uğurla bitirən iştirakçılara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim olunacaq.
Ətraflı məlumat almaq və qeydiyyat üçün Elektron Hökumət Təlim-Tədris Mərkəzi ilə (Ünvan: Yasamal rayonu Şərifzadə 241; www.e-training.az, əlaqə tel: (012, 077) 5050113, info@e-training.az) əlaqə saxlamaq mümkündür.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.