Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Data Mining” texnologiyaları araşdırılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə “Data Mining” kurslarına start verilib. Kurslar “Data Mining: Concepts and Techniques” kitabı əsasında aparılacaq. “Google Scholar” bazasının məlumatına əsasən, bu kitab “Data Mining” sahəsində 32 mindən artıq istinad alıb.
“Data Mining” yeni və dinamik inkişaf edən elm sahəsidir. Bu texnologiya vasitəsilə böyük həcmli verilənlər toplusundan lazımi bilik, yeni informasiya əldə edilir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.